29 apr 08:50Qarabag

Azərbaycan anti-terror əməliyyatı keçirə bilər

Azərbaycan anti-terror əməliyyatı keçirə bilərAzərbaycanın siyasəti ərazi bütövlüyünü sülh yolu ilə həll etmək istəyindən ibarətdir.

Bunu Şərq.az-a son günlər cəmiyyətdə yaranan müharibə ehtimalını şərh edərkən millət vəkili Rövşən Rzayev deyib.

Onun sözlərinə görə, Azərbaycan ərazi bütövlüyünü təmin etmək məqsədilə anti-terror əməliyyatları keçirə bilər:

"Bu bizim hüququmuzdur. Ona görə də ölkə bu istiqamətdə hazır olmalıdır. Azərbaycan problemini sülh yolu ilə həll etməyə maraqlı olsa da, ehtiyac yarandıqda Azərbaycan Silahlı Qüvvələri kifayət qədər hazırlıqlıdır və öz problemini həll edə bilər. Bu baxımdan Azərbaycanın Silahlı Qüvvələrini daha da inkişaf etdirmək istəməsi normaldır. Əksinə qarşı tərəf düşünməlidir ki, onun üçün problemin sülh yolu ilə həll edilməsi daha əlverişlidir. Çünki əks halda Azərbaycan təbii ki, münaqişəni özü istədiyi kimi həll edəcək. Nəticədə Ermənistan iqtisadi, siyasi və başqa sahələrdə inkişafdan qalacaq”.
loading...
XƏBƏR LENTİ
Dünən, 15:42
Dünən, 09:47