07 yan 15:26Qarabag

Qarabağda yeni müharibə: “Onları dayandıra bilməyəcəyik”

Qarabağda yeni müharibə: “Onları dayandıra bilməyəcəyik” Ermənistanda yeni Qarabağ müharibəsinin başlanması qorxusu yaşanır.

Publika.az xəbər verir ki, Ermənistan mediası son günlər “ikinci müharibə dayandırıldı, üçüncüsü olacaqmı?” məsələsi ətrafında müzakirələr aparır.

Erməni jurnalist Aram Amatuni yazır ki, aprel müharibəsindən sonra atəşin dayandırılması müvəqqətidir: “Dünyada baş verən geosiyasi proseslər fonunda Dağlıq Qarabağda yeni müharibənin olacağı ehtimalı artır. Apreldə baş verən müharibə Ermənistanın ən zəif tərəflərini ortaya çıxartdı. Müharibə 4 gün yox, daha çox davam etsəydi, nəticənin bizim üçün necə olacağını təsəvvür etmək çətindir. Azərbaycan müharibə variantını kənara qoymayıb, hətta bunun üçün ona nə qədər təzyiq edilsə də, hər an tətikdədir. Ermənistan isə baş verənlərdən heç bir nəticə çıxarmır”.

Erməni jurnalist prezident Serj Sarkisyanı tənqid edərək, onu acizlikdə günahlandırıb.

“Cəsur və qürurlu Əliyevi növbəti dəfə dayandırmaq mümkün olmayacaq”, - deyə erməni jurnalist etiraf edib.

“Lragir” saytı da Qarabağda müharibənin yenilənməsi məsələsini gündəmə gətirib. Sayt iddia edib ki, yeni müharibədə Türkiyə daha aktiv iştirak edəcək. Rusiya əvvəlki kimi neytral qalacaq.
loading...
Reklam
XƏBƏR LENTİ