07 yan 08:14Qarabag

Qarabağ qazilərinin himni - VİDEO

Qarabağ qazilərinin himni - VİDEOQarabağ qazilərinin himni yayılıb. Bu himn ilk dəfədir geniş ictimaiyyət üçün yayımlanır. Himn 1999-2000-ci illərdə Qarabağ Əlillər Cəmiyyətinin sədri Etimad Əsədovun və birliyin idarə heyətinin üzvü Firudin Məmmədovun təşəbbüsü ilə hazırlanıb.

Himnin orginalı hazırda əldə deyil. Bu video Qarabağ qazilərindən birinin 2004-cü ildə keçirilən toyundan götürülüb.

Qarabağ qazilərinin himni

Sözləri: Dilarə Şahid
Musiqisi: Nailə Mirməmmədli

And içmişik bayrağa
And içmişik torpağa,
Məşəl tək alov saçan
Müqəddəs od-ocağa

O qanlı yaddaşına
Torpağına, daşına
Canımız qurban olsun
Gözdən axan yaşına

Vətəndir vüqarımız
Əhdimiz, ilqarımız
Biz bu yoldan dönmərik
Azadlıq şüarımız

Biz qazi qardaşlarıq
Biz qazi qardaşlarıq
Son damla qana qədər
Düşmənə od vurarıq
Biz qazi qardaşlarıq

Qazilər.az
loading...
Reklam
XƏBƏR LENTİ