24 dek 17:38Qarabag

Dağlıq Qarabağa hərbi qulluqçuları daşıyan avtobus yanıb

Dağlıq Qarabağa hərbi qulluqçuları daşıyan avtobus yanıbErmənistanda Azərbaycanın işğal olunmuş ərazilərinə - Dağlıq Qarabağa hərbi qulluqçuları daşıyan avtobus yanıb.

Ermənistan KİV xəbər verir ki, hadisə dekabrın 23-də saat 16:00 radələrində Ermənistanın Ararat rayonu Yerasxavan kəndi yaxınlığında baş verib.

Yanğın nəticəsində ölən yoxdur. Şahidlərin sözlərinə görə, hərbi qulluqçuların şəxsi əşyaları, paltarları və avtobus tam yanıb.

Ermənistanın MN mətbuat katibi Artsrun Ovanisyan məlumatı təsdiqləsə də hadisə barədə ətraflı məlumat verməyib.
loading...
Reklam
XƏBƏR LENTİ