14 mar 11:55musahibe

Dünyanın tanınmış siması olan Antonio Reguera Azərbaycanda

Dünyanın tanınmış siması olan Antonio Reguera Azərbaycanda Antonio Reguera: "Azərbaycanda əcnəbilərə əməkdaşlıq üçün yaradılan imkanlar məni bura daha da cəlb edir"

“Azərbaycan düşündüyümdən qat-qat yüksək dərəcədə inkişaf etmiş ölkədir”


Diaspor Jurnalistləri Birliyinin "Azərbaycanın əcnəbi dostları" layihəsi çərçivəsində beynəlxalq aləmdə yüksək nüfuza malik olan Antonio Reguera ilə müsahibəni təqdim edirik. Tanınmış "R&M Lubrication" kampaniyasının rəhbəri olan Antonio Reguera İspaniya, xüsusən də Latın Amerikası ölkələrində böyük biznes şəbəklərinə sahibdir. Nəzərə çatdıraq ki, ispan əsilli Antonio Reguera, həmçinin dünyanın ən reytinqli ovçularının siyahında yer alır. Sevindirici haldır ki, Antonio Reguera həmyerlimiz, 80-dan çox ölkədə ov edən peşəkar ovçu Faiq Babanlının yaxın dostudur. Elə məhz Faiq Babanlının dəvəti ilə Antonio Reguera Azərbaycana gəlib.

-Azərbaycana ilk dəfədirmi gəlirsiz?

-Xeyir. Mən 5 il əvvəl Azərbaycanda ilk dəfə olmuşam. Artıq ikinci gəlişimdir. Bu 5 il ərzində Azərbaycan çox inkişaf edib. Bakının görünüşü tamamilə dəyişib. Hündür, müasir binalar Bakını Avropa şəhərlərinə oxşadır.

Eşitdiyimə görə, Azərbaycanda Novruz bayramı ərəfəsidir. Fürsətdən istifadə edib Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edirəm.

-Azərbaycanı kimin vasitəsilə tanıyıbsız?

-Mənim Azərbaycanla əlaqələrimin yaranmasına səbəb peşəkar ovçu Faiq Babanlıdır. Biz onunla Boliviyada tanış olmuşuq.Mən Azərbaycan haqqında ilk dəfə ondan eşitmişəm. Azərbaycanı mənə tanıdan və sevdirən də odur.

Düzü, mən fikirləşrdim ki, Azərbaycan zəif inkişaf etmiş ölkədir. Amma bura gələndən sonra düşüncələrim tamam dəyişdi. Azərbaycan düşündüyümdən qat-

qat yüksək dərəcədə inkişaf etmiş ölkədir. Azərbaycanda əcnəbilərə əməkdaşlıq üçün yaradılan imkanlar məni bura daha da cəlb edir.

-Azərbaycanda sizə maraqlı olan nədir?


-Mənim bir çox ölkələrdə dostlarım var. O cümlədən Azərbaycanda da Faiq Babanlı, Asif İlyasov kimi dostlara sahibəm. Mən dostlarımı necə sevirəmsə, onların ölklərini də o cür sevirəm. Sizin ölkədə əməkdaşlıq, biznes əlaqələrinin qurulmasl üçün geniş imkanlar var. Bu üzdən biz də

"R&M Lubrication" kompaniyasının Azərbaycanda nümayəndəliyini açmağı planlayırıq. Bu, bizim Qafqazda və MDB ölkələrində ilk ofisimiz olacaq. Biz bir çox ölkədə biznes şəbəkəmizi qurmuşuq. Ayrıca beynəlxalq sularda üzən gəmilərimiz var. Azərbaycana isə texnika və neft yağları ilə bağlı təkliflər verəcəyik. Bunlardan yararlandıqda məsrəflər xeyli dərəcədə azalır. Ümid edirəm ki, bizim kompaniyanın məhsulları aidiyyəti qurumlar tərəfindən bəyəniləcək.

-Bilirik ki, siz həm də ov həvəskarısız. Azərbaycanda ov edibsizmi?

-Ovçuluq mənim üçün hobbidir. Mən saysız ölkədə ov etmişəm. Elə Azərbaycana da ilk dəfə ov üçün gəlmişdim. Onu da deyim ki, Azərbaycanda ovçuluq turizimi üçün unikal şərait var. Burada ovçuluq turizimini peşəkar səviyyədə inkişaf etdirmək olar. Əslində, ovçuluq bir imicdir. Dünyanın tanınmış simlarının Azərbaycana gəlməsi üçün ovçuluq turizimini inkişaf etdirmək əhəmiyyətlidir.
Dünyanın tanınmış siması olan Antonio Reguera Azərbaycanda
loading...
XƏBƏR LENTİ