04 avq 10:38musahibe

Gürcüstanın azərbaycanlı deputatı: “Saakaşvilini yoxa çıxarmağa çalışırlar”

Gürcüstanın azərbaycanlı deputatı: “Saakaşvilini yoxa çıxarmağa çalışırlar” Azər Süleymanov: “Sakaşvili həm Ukrayna, həm də Gürcüstan üçün başağrısıdır”

Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru, Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin Ukrayna vətəndaşlığından məhrum edilməsi günlərdir müzakirələrə səbəb olub. Məsələn, iddia olunur ki, Mixail Saakaşvilinin Ukraynadan çıxarılması ABŞ-ın növbəti taktikası ola bilər və mümkündür ki, yaxın gələcəkdə onu yenidən Gürcüstan hakimiyyətinin başına gətirsinlər.

Məsələ ilə bağlı Modern.az-ın suallarını vaxtilə Mixail Saakaşvilinin lideri olduğu Vahid Milli Hərəkat Partiyasını Gürcüstan parlamentində təmsil edən azərbaycanlı deputat Azər Süleymanov cavablandırıb.

- Hazırda dünya mətbuatı Mixail Saakaşvilinin Ukrayna vətəndaşlından məhrum edilməsindən yazır. Saakaşvili bu məsələdə nə düşünür? Ukraynadan həmişəlik çıxmaq fikri varmı?

- Əslində, Saakaşvili Ukrayna vətəndaşlığından çıxarılması məsələsinin üzərindən sükutla keçməyəcək. Ukrayna vətəndaşlığını yenidən qazanmaq üçün mübarizə aparacaq və bununla bağlı açıqlama verəcək. Əgər Ukrayna rəhbərliyi Saakaşvilinin vətəndaşlığını bərpa etməsə, gərgin mübarizə başlayacaq. Bir məsələ var ki, Saakaşvilinin Ukrayna pasportu qalır. Sadəcə, ölkəyə girişinə qadağa qoyulub.

- Vaxtilə Gürcüstan iqtidarının başında dayanana Saakaşvilinin vətəndaşlıqdan imtina edilməsi Marqveraşvili hakimiyyətini narahat edirmi? Sakaşviliyə Gürcüstan vətəndaşlığı verilə bilərmi?

- Əgər Saakaşvili Gürcüstan hökumətinə vətəndaşlığı ilə bağlı müraciət etsə, gürcü hökuməti onun vətəndaşlığını bərpa edib, pasport verə bilər. Sadəcə, bir reallıq var: bunu Sakaşvili etməyəcək. Çünki Ukrayna məsələsi yarımçıq qalıb. Görüləsi çox işləri var. Sakaşvili özü də bu barədə deyib ki, çalışdığı qədər Ukraynada olmalıdır. Yarımçıq işlərimi davam etdirməlidir. Həyatının 13-14 ilini Ukraynada yaşadığına, Ukrayna xalqına söz verdiyinə görə, bütün planları və əbədi işləri Ukrayna ilə bağlıdır.

- Hazırda Saakaşvili harda yaşayır?

- Amerikanın Nyu-York şəhərində qohumlarının evində məskunlaşıb. Dayısı oğlu orada yaşayır.

- Digər bir məsələ də var ki, Saakaşvilinin Ukrayna vətəndaşlığından məhrum edilməsi birmənalı qarşılanmır. Bildirilir ki, Saakaşvili yenidən Gürcüstan iqtidarında görünə bilər.

- Əslində, Saakaşvilinin indiki halda buna ehtiyacı yoxdu. Gürcüstanda məlum hadisələr baş verəndən sonra ukraynalılar da yeniliyə can atdılar. Hətta Saakaşvilinin partiyası ətrafında ukraynalıların sıx toplaşması Poroşenkoda qorxu yaratmağa başladı. Korrupsiyaya, oliqarxlara, haqsızlığa qarşı açıq və birbaşa mübarizə üsulu seçmişdi. Bu cür hallar bəzi dairələri qane etmədiyindən Saakaşvilinin vətəndaşlıqdan imtina edilməsinə nail oldular.

- Oktyabr ayında Gürcüstanda bələdiyyə seçkiləri keçiriləcək. Dəyişikliklər nədən ibarət ola bilər?

- Hər şey xalqın irdəsindən asılıdır. Hazırkı hökumətin fəaliyyəti dəyişməz qalıb. Təqaüdlər, əmək haqları artmadı. Üstəlik larinin dəyərdən düşüməsi insanların sabaha olan ümidini itirib. Gürcüstan demokratik dövlətdir. Heç vaxt gürcü xalqı bir daha inqilabın olmasını istəmir. Seçki prosesi ilə bağlı parlamentdə müəyyən məsələlər var. Köklü dəyişikliklərin aparılmaması bugünkü hakimiyyətin işgüzar olmadığını sübut edir. “Gürcü arzusu” partiyasının reytinqi üç il əvvəllə müqayisədə 60% aşağı düşüb. Sakaşvilinin dövründə isə Gürcüstanda vəziyyət çox fərqli idi. Ölkədə inkişaf gedirdi. Sakaşvili hakimiyyətdən gedəndən sonra ölkədə inkişaf tempi aşağı düşdü.

- Həm Ukrayna prezidenti Poroşenko, həm də Gürcüstan prezidenti Marqveraşvili Saakaşvilinin vətəndaşlığı barədə nə düşünə bilər? Narahatlıq nədən ibarətdir?

- Poroşenko Saakaşvilinin vətəndaşlığını əlindən almazdan bir neçə gün əvvəl Gürcüstanda oldu. Bizdə olan məlumata görə, Saakaşvili həm Ukrayna, həm də Gürcüstan üçün başağrısıdır. Saakaşvilinin ukraynalı oliqarxlara qarşı açıq mübarizə aparmasının nəticəsi olaraq onu Ukryanaya buraxmamağa qərar verdilər. Halbuki, Saakaşvilinin hakimiyyəti dövründə çox işlər görülüb. Təəssüf ki, Saakaşvilidən sonra bugünkü Gürcüstan hökuməti heç bir iş görmür. İnsanlar bunu çox yaxşı dərk edir. Bugünkü rəhbərliyin ən çox qorxduğu Saakaşvilinin nələrsə etməsidir. Həm Poroşenko, həm də Gürcüstan hakimiyyəti Saakaşvilini yoxa çıxarmağa çalışırlar. Halbuki, Saakaşvili mübariz bir insandır. Onun bu mübarizliyi çoxlarının ürəyini açmır.

- Bir az da Mixail Saakaşvilinin şəxsi həyatından danışaq. Mövcud gərginliyin fonunda ailə münasibətləri nə yerdədir?

- Saakaşvilinin şəxsi həyatı haqqında çox danışırlar. Amma hamısı boş söhbətlərdir. Onun xanımı Sandra ilə çox yaxşı münasibətim var. Onlar ailə olaraq tez-tez bir araya gəlirlər. Əlbəttə, hər kəsin şəxsi həyatı var və bu, onun özəlliyidir. Böyük oğlu ABŞ-dadır. İkinci oğlu isə Gürcüstandadır. Gürcü məktəbində oxuyur. Sandra xanım çıxışı zamanı vurğulayıb ki, Gürcüstanı tərk etməyəcək. Övladlarının Gürcüstanda təhsil almasını istəyir. Hər zaman da Saakaşviliyə dəstək olub. Bir məsələni də vurğulayım. Saakaşvili haqqında suşi yediyinə, masaja getdiyinə və digər gülünc məsələlərə görə cinayət işi açılıb. Açılan cinayət işi hələ də qüvvədə qalır. Saakaşvilinin gürcü xalqı üçün etdikləri əvəzolunmazdır. Demokratik olmayan ölkəni demokratik etdi. 3 milyondan artıq əhalisi olan ölkəyə hər il 7 milyondan çox turist gəlir və hər bir turist özünü sığortalaya bilib. Bu işlərin hər biri Saakaşvili zamanında qurulub. Saakaşvilinin heç zaman rahat həyatı olmayıb. Hər zaman qalmaqalların mərkəzində olub. Yenilikləri çox sevir. Hər halda, sakit bir insan olsaydı bu qədər hadisə də başına gəlməzdi.
loading...
Reklam
XƏBƏR LENTİ
15-08-2017, 10:51