XƏBƏR LENTİ

18-01-2017 19:39 6-cı sinif şagirdi intihar etdi - Şabranda 18-01-2017 19:00 Sabiq polis: MTN-də məni döydülər 18-01-2017 18:09 Qarabağda erməni əsgər öldürüldü 18-01-2017 16:59 82 yaşlı kişi 12 gündür itkin düşdü 18-01-2017 16:41 Arvadının başını əzdi - VİDEO 18-01-2017 16:08 DƏHŞƏTLİ GÖRÜNTÜLƏR ! Bakının mərkəzində oğlanı zorla belə qaçırtdılar - VİDEO 18-01-2017 16:00 ŞOK CİNAYƏT! Atasının evlənmək istədiyi qadının bütün ailə üzvlərini öldürdü 18-01-2017 15:54 Rusiya Ermənistana ən müasir hərbi sistemlərini göndərdi 18-01-2017 15:52 Jurnalisti təhqir edən idmançı Kamil Zeynallı polis şöbəsinə çağırılıb 18-01-2017 15:50 36 yaşlı kişi bulvardakı saat qülləsinə çıxaraq intihar etmək istədi 18-01-2017 14:06 Moskvada fahişələr leytenantı zorlayıblar 18-01-2017 14:02 Hacı Əbdülün vəziyyəti ağırlaşdı 18-01-2017 14:02 Azərbaycanda müəllim dərsdə öldü 18-01-2017 13:52 Səbaildə 20 Yanvar şəhidlərinin xatirəsi anılıb 18-01-2017 13:49 Lənkəranskinin sağ əli azadlığa çıxdı 18-01-2017 13:45 Xalq artisti məhkəməyə verildi- 300 min manat təzminat... 18-01-2017 13:17 "Hadisələrin başında Primakovun dəstəsi və AXC-nin bəzi liderləri dururdu" 18-01-2017 12:53 MTN generallarının əmək haqları açıqlandı - 1,8 milyon manat 18-01-2017 12:45 Gəlini ilə əlbir olub oğlunu öldürən ata - Məqsədi gəliniylə... 18-01-2017 12:12 Serbiyanın səfiri MEK-ə kitablar hədiyyə etdi 18-01-2017 12:02 Türk vəkil erməni məhbusun qarşısında baş əydi – VİDEO 18-01-2017 11:39 Nadir Qafarzadə Azərbaycandan getdi: “Allaha tapşırıram” 18-01-2017 11:35 "Toy libasın kəfənin oldu"- Universitetdə ölən İbrahimin ən yaxın dostunun ürəyi yandı 18-01-2017 11:19 Moskva-Yerevan təyyarəsində dava düşdü 18-01-2017 11:08 Kamran Ağayev cəzalandırıldı 18-01-2017 11:06 88 yaşlı qadının meyiti morqda yoxa çıxdı 18-01-2017 10:37 "Reina" qətliamçısının ilkin ifadəsi: "Hədəfim Taksim idi amma..." - VİDEO 18-01-2017 10:15 ŞOK OLAY: Ana qızını çarpayıya bağlayıb diri-diri yandırdı - VİDEO 18-01-2017 10:13 Seksual təcavüzə görə Tramp məhkəməyə verildi - İnauqurasiyaya 3 gün qalmış... 18-01-2017 10:06 Azərbaycanlı Kiyevin mərkəzində donaraq öldü 18-01-2017 10:06 Məşhur karateçi: "Yeznəmi və qardaşını bacıma görə öldürdüm" 18-01-2017 09:55 “Lotu Quli”nin həbsxanalarda yayılmış müraciəti açıqlandı: “Lənkəranski heç kimdir” 18-01-2017 09:46 Elşad Abdullayevin Kiprdəki dəbdəbəli villası – Foto 18-01-2017 09:33 "Reina" terrorçusu ilə bağlı yeni xəbər 18-01-2017 09:30 Rusiya İrəvana 300 milyon ayırır - Məxfi plan 18-01-2017 09:24 Bolqarıstanın nüfuzlu qəzetində İlham Əliyevin məqaləsi dərc olunub 18-01-2017 09:23 Şəmkirdə sərnişin taksi sürücüsünü bıçaqladı, avtomobili qaçırdı 17-01-2017 21:35 Eektron siqaret damağında partladı: 7 dişi töküldü - FOTO 17-01-2017 20:29 Bakıda uşaq tərbiyəçi tərəfindən amansızcasına döyüldü - VİDEO 17-01-2017 20:22 İnternetdə tanış olduğu azərbaycanlı qızlar ərəbi döydülər 17-01-2017 19:30 "Reina" qətliamında İsrail izi: Bir həftə əvvəl bəlli idi 17-01-2017 16:48 100 milyonu yeyib Azərbaycana qaçan Riyad Qafarov kimdir? 17-01-2017 16:24 Şagirdini döyən müəllim xəstəxanalıq oldu - VİDEO 17-01-2017 15:40 Nəvəsinin cinsiyyət orqanını kəsən babadan DƏHŞƏTLİ ETİRAF 17-01-2017 15:38 Qalmaqallı direktor qovuldu, işi prokurorluğa göndərildi 17-01-2017 14:26 Özündən 11 yaş böyük iş yoldaşını niyə öldürdü? - Bakıdakı cinayətin TƏFƏRRÜATI 17-01-2017 14:24 Eks-nişanlısı azərbaycanlı Nazı döydü - VİDEO 17-01-2017 14:06 Bakıda gecə klubunda qan töküldü 17-01-2017 14:00 Universitetdə tələbə öldü - Azərbaycanda 17-01-2017 13:57 Akademikin yeni kitabı təqdim olundu 17-01-2017 13:57 “Reina” qatili haqqında dəhşətli - Fakt 17-01-2017 13:56 Sərkisyana hücum olunub 17-01-2017 12:05 “Azərbaycan hakimiyyətində 1000-ə yaxın ABŞ agenti var...”- Rusiyalı hərbi ekspert 17-01-2017 11:54 Dünya bu FOTOdan danışır: Hamısını lüt soyundurub sıraya düzdülər, sonra isə... 17-01-2017 11:50 Ramil Usubovdan SƏRƏNCAM: Polkovniklər işdən qovuldu 17-01-2017 11:41 Azərbaycanlı iş adamı həbs edildi





Cavid Şahverdiyev: "KİVDF-nin fəalliyyəti olduqca şəffafdır"

9-01-2017 16:43musahibe
Cavid Şahverdiyev: "KİVDF-nin fəalliyyəti olduqca şəffafdır"
Azərbaycan tarixində ikinci dəfə müstəqillik əldə etdikdən sonra hər bir sahə kimi KİV-in də inkişafı əsas diqqət mərkəzində oldu. Xüsusilə, ümummilli lider Heydər Əliyevin 1993-cü ildə yenidən hakimiyyətə qayıdışından sonra dövlət tərəfindən medianın inkişafına xüsusi olaraq diqqət artdı. Qısa zamanda sovet dövründən qalan senzura ləğv edildi, ölkədə müstəqil mətbu orqanlar yaradıldı. Bu gün də Heydər Əliyev siyasi kursu Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının medianın inkişafına yönəlik addımları və dövlət tərəfindən bu sahənin inkişafı məqsədilə edilən yardımlar ölkədə fikir, söz və məlumat azadlığının, plüralizmin təmin olunmasına gətirib çıxarıb. Elə mətbuat nümayəndələri, KİV rəhbərləri də bu qənaətdədirlər. Avrasiya İnformasiya Agentliyinin (www.avrasiya.net) təsisçisi və baş direktoru Cavid Şahverdiyevlə də müsahibəmiz məhz bu mövzudadır.

- Cavid bəy, Azərbaycanda mətbuatıln vəziyyətini necə dəyərləndirərdiniz?

- Azərbaycan mətbuatı bu gün öz inkişafının ən yüksək səviyyəsindədir. Baxın, mətbuatımızın bütün problemləri həll olunub. Azərbaycan hakimiyyəti 1993-cü ildən mətbuatımızın "Azərbaycan" nəşriyyatına borcunu silib. "Kütləvi İnformasiya Vasitələri haqqında" Qanun qəbul olunub, senzura ləğv edilib. Qəzet və jurnalların, elektron medianın sayı ildən-ilə artır. Mətbuata yaradılan demokratiyadan bütün media əhli yararlanır. Söz və mətbuat azadlığı qorunur. İstənilən media orqanında hakimiyyət strukturları belə tənqid olunur, mediamızda da obyektivlik qorunub saxlanılır. Azərbaycanda medianın inkişafını əngəlləyən heç bir maneəyə rast gəlmək mümkün deyil, jurnalistlər sərbəst şəkildə fikirlərini ictimailəşdirə bilirlər, heç bir təzyiqlə belə üzləşmirlər və üzləşə də bilməzlər. Çünki ölkədə jurnalistlərin informasiya əldə etmək haqqında hüquqları tanınıb, mövcud qanunvericilik çərçivəsində onların toxunulmazlıq hüqüqu qorunur. Ümumilikdə isə, bu gün Azərbaycan mətbuatının inkişafı ilə bağlı heç bir problem yoxdur. Ulu öndər Heydər Əliyevin media ilə bağlı siyasi kursunu bu gün onun layiqli varisi prezident İlham Əliyev uğurla davam etdirir. Davamlı dövlət qayğısı, Prezident İlham Əliyevin diqqəti mətbuatın problemlərinin həllində mühüm yer tutur. Bu məsələyə toxunan dövlət başçısı "Bizim ümumi məqsədimiz ondan ibarət olmalıdır ki, Azərbaycanı hərtərəfli şəkildə inkişaf etdirək, müasir dövlətə çevirək, dünyada mövcud olan bütün mütərəqqi təcrübəni tətbiq edək, insanların bütün azadlıqlarını təmin edək, hüquqi dövlət quruculuğu işində daha da böyük addımlar ataq. Ancaq bu halda Azərbaycan uzunmüddətli və dayanıqlı inkişaf imkanlarını tam şəkildə ortaya qoya bilər" - deyib. Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə də media sektorunun inkişafı yönündə fundamental addımlar atıldı, söz, fikir və özünüifadə azadlığının təmin və müdafiə olunması yönündə əsaslı nailiyyətlər əldə edildi. Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Konsepsiyasının qəbul olunması ilə bağlı qərarın qəbul olunması, Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİVDF) yaradılması, jurnalistlərə fəxri adların verilməsi, onların orden və medallarla təltif olunması, qəzet redaksiyalarına, informasiya agentliklərinə birdəfəlik maliyyə yardımlarının edilməsi və s. kimi tədbirlər media sektorunun inkişafını sürətləndirən amillərdəndir. Bir faktı da qeyd etmək yerinə düşər ki, KİVDF-nin fəalliyyəti də olduqca şəffafdır. Fond son illər fikir, söz və məlumat azadlıqlarının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirib. 2009-cu ildən hazırkı dövrə qədər Fonda dövlət büdcəsindən 27 milyon manata yaxın maliyyə vəsaiti ayrılıb. Həmin vəsait hesabına mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin peşəkarlığının artırılması və sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində çoxsaylı layihələr reallaşdırılıb. Dövlət və cəmiyyət üçün prioritet təşkil edən məsələlərin həllində kütləvi informasiya vasitələrinin potensialından səmərəli istifadəyə, jurnalist peşəkarlığının artırılması və sosial müdafiəsinin gücləndirilməsi məsələlərinə xüsusi diqqət ayrılıb.

- Ölkədə fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi istiqamətində zaman-zaman atılan addımlar medianın müstəqilləşməsinə nə dərəcədə müsbət təsir göstərib?

- Kifayət qədər. Özü də bütün bu müsbət təsirlər qanuniləşdirilib. Hələ Ulu Öndər Heydər Əliyevin 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı", həmçinin 1998-ci il avqustun 6-da imzaladığı "Azərbaycan Respublikasında söz, fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında" Fərman ölkəmizdə söz, mətbuat və fikir azadlıqlarının təminatına əlverişli şərait yaradıb. 2000-ci ildə Mətbuat və İnformasiya Nazirliyinin ləğv olunması isə dövlətin mətbuat üzərində nəzarətinə tamamilə son qoyub. 1999-cu ildə "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikasının Qanununun, sonrakı dövrlərdə isə "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında", "Məlumat azadlığı haqqında", "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında", "Ətraf mühitə dair informasiya almaq haqqında" Azərbaycan Respublikasının qanunlarının qəbul edilməsi ilə kütləvi informasiya vasitələri cəmiyyətin dinamik şəkildə demokratikləşməsinə təsir edən qüdrətli vasitəyə çevrilib. Dahi şəxsiyyətin 2000-ci il 6 mart tarixli Sərəncamı ilə təsdiq edilən "2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üçün Tədbirlər Proqramı" isə bu sahənin maddi-texniki bazasının gücləndirilməsində mühüm rol oynayıb. Söz və mətbuat azadlığını yüksək qiymətləndirən ölkə prezidenti İlham Əliyev isə bu barədə deyib: "Söz və mətbuat azadlığı demokratik cəmiyyətin prioritet dəyərlərindən biridir. Zəngin tarixi və mütərəqqi ənənələri olan Azərbaycan mətbuatı ölkəmizdə hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda demokratiya və siyasi plüralizmin mühüm vasitəsi kimi çıxış edir. Cəmiyyətdə aşkarlığın və şəffaflığın təmin edilməsində, aktual ictimai problemlərin ümumxalq müzakirəsinə çıxarılmasında, sosial ədalət prinsiplərinin müdafiəsində Azərbaycan mətbuatının rolu xüsusi qeyd olunmalıdır". Bütün bunların göstəricisidir ki, bu gün Azərbaycanda 5000-dən artıq KİV qeydiyyatdan keçmiş, 100-ə yaxın jurnal, 50-dən çox televiziya və radio kanalı, onlarla mətbuat yayımı şirkəti və jurnalist təşkilatı fəaliyyət göstərir. İnternetin sürətli inkişafı çoxsaylı informasiya resurslarının yaranmasına səbəb olmuş, ölkə əhalisi arasında internet yayımı 75 faizə çatmış, sosial şəbəkə istifadəçilərinin sayı 2 milyona yaxınlaşmışdır. "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası"na uyğun olaraq milli mətbuatın müstəqilliyinin dəstəklənməsi, redaksiyalara yardım mexanizminin təkmilləşdirilməsi, müasir texnologiyaların tətbiqi, cəmiyyət və mətbuat arasında səmərəli əməkdaşlığın gücləndirilməsi, jurnalistlərin peşəkarlığının və məsuliyyətinin artırılması, sosial təminatının yaxşılaşdırılması və əməyinin qiymətləndirilməsi istiqamətində ardıcıl tədbirlər davam etdirilir.

- Azərbaycanın medianın inkişafı sahəsində regionun lider dövləti rolunu oynamasında fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi istiqamətində görülən işlər nə dərəcədə əhəmiyyətlidir?

- Azərbaycan yalnız Qafqazda deyil, bütün dünyada media sahəsində də liderliyini qoruyub saxlayır. Azərbaycan söz azadlığının qorunduğu, mətbuat azadlığı prinsipinə hörmətlə yanaşılan ölkələrdəndir. Ölkədə azad medianın, insan hüquq və azadlıqlarının müdafiəsi demokratik mexanizmlərin mövcudluğunun əsas şərtlərindən biri kimi qəbul edilir. İnsan azadlığı bəşəriyyətin əsrlər boyu arzuladığı, uğrunda mübarizə apardığı ali nemətdir. Kütləvi informasiya vasitələri - qəzetlər, jurnallar, teleradiolar, informasiya agentlikləri və informasiyanın müntəzəm formada yayıldığı digər vasitələr cəmiyyətin inkişafına ciddi təsir göstərən, onun vəziyyətini və mahiyyətini müəyyənləşdirən siyasi sistemin tərkib hissəsidir. Kütləvi informasiya vasitələri cəmiyyətdə ictimai fikri, dövlətə inamı və sosial fəallığı formalaşdırmaqla yanaşı, həm də onları istiqamətləndirir. Bu mənada dördüncü hakimiyyət hesab olunan kütləvi informasiya vasitələri dünyada demokratiya və informasiya azadlığının mühüm vasitəsi hesab edilir. Bu gün ölkəmizdə kütləvi informasiya vasitələrinin azad fəaliyyəti və inkişafı üçün zəruri tədbirlər görülür.

- Etiraf edək ki, bu gün fikir və söz azadlığından sui-istifadə edən KİV-lər var. Bəs həmin KİV-lərə qarşı sizcə hansı addımlar atılmalıdır?

- Təəssüflər olsun ki, bundan sui-istifadə edənlər də sıramızda az deyil. Onlara qarşı birlikdə mübarizə aparmalıyıq. Azərbaycanda elektron media bolluğunda mediaya təsadüfən gələnlər çoxdur. Onlar mediadan təmizlənməlidirlər. Düzdür, son günlər DTX tərəfindən belə bir təmizləmə əməliyyatına başlanılıb və effektiv nəticələr əldə olunub. Amma bu davamlı xarakter almalıdır. Təsadüflər aramızda çoxdurlar, onların mövcudluğu mediamıza ləkədir. Mətbuat Şurası dövlətin müvafiq strukturları ilə birgə monitorinq aparmalıdır, həmin təsadüflərin fəaliyyəti yoxlanılmalıdır, araşdırılmalıdır, haradan maliyyələşdirildikləri üzə çıxarılmalıdır, ifşa olunmalıdırlar. Onlar Mətbuat Şurasının "qara siyahı"sına düşməklə canlarını qurtarmamalıdırlar, onların qapadılması üçün Şuraya dövlət səlahiyyəti verilməlidir. Ümumiyyətlə, millətin danışan dili olan Azərbaycan jurnalistikası cəmiyyətdə get-gedə daha ikrahdoğurucu vəziyyətə düşür. Utanmadan, çəkinmədən şantaja əl atırlar, reportaj hazırlamaq adıyla bölgələrə üz tuturlar, dövlət strukturlarının qapılarını döyürlər. Həmin təsadüflər şəbəkə halında fəaliyyət göstərirlər. Təbii ki, bu bütünlükdə mediamızın adına ləkədir. Elə media təmsilçiləri var ki, demokratiyadan sui-istifadə edərək məmurlara, ictimai-siyasi xadimlərimizə, tanınmışlarımıza şər, böhtan atır. Məhkəmə çəkişmələri sonda həmin media orqanının üzrxahlıq və ya təkzib verməsiylə bitir. Yenidən fəaliyyətini davam etdirir. Bu kimi şəxslərlə dövlət səviyyəsində mübarizə aparılmalıdır.

Olaylar.az
Loading...

Ən çox oxunan

TÜKÜRPƏDİCİ CİNAYƏT: 57 yaşlı salyanlı kürəkəninin 16 yaşlı bacısını dəfələrlə zorladı – KOLLUQDA
TÜKÜRPƏDİCİ CİNAYƏT: 57 yaşlı salyanlı kürəkəninin 16 yaşlı bacısını dəfələrlə zorladı – KOLLUQDA
Metroda biabırçılıq - Özlərini saxlaya bilmədilər - VİDEO
Metroda biabırçılıq - Özlərini saxlaya bilmədilər - VİDEO
Bakıda gənc qızı ikinci görüşdə zorladılar
Bakıda gənc qızı ikinci görüşdə zorladılar
Altı ayda ''Piter Elçin''in iki qardaşının qətlinə səbəb olan Lənkəranski kimdir? - QƏTL ANININ VİDEOSU
Altı ayda ''Piter Elçin''in iki qardaşının qətlinə səbəb olan Lənkəranski kimdir? - QƏTL ANININ VİDEOSU
Oğlu restoranda itinə ad günü keçirdi - Ona görə Elmar Məmmədov işdən çıxarıldı
Oğlu restoranda itinə ad günü keçirdi - Ona görə Elmar Məmmədov işdən çıxarıldı
Avtoritet Elçin və güllələnən qardaşının - VİDEOsu
Avtoritet Elçin və güllələnən qardaşının - VİDEOsu
İstanbulu qana boyayan terrorçu “Şaxta baba” belə görüntüləndi - 39 ölü, 69 yaralı - VİDEO
İstanbulu qana boyayan terrorçu “Şaxta baba” belə görüntüləndi - 39 ölü, 69 yaralı - VİDEO
İstanbulu qana boyayan şəxs - FOTO
İstanbulu qana boyayan şəxs - FOTO
Əli avtomatlı azərbaycanlı qadın deputatı təhdid etdi: ” Gəlib bu avtomatla…” – VİDEO
Əli avtomatlı azərbaycanlı qadın deputatı təhdid etdi: ” Gəlib bu avtomatla…” – VİDEO
Quli Rövşənin adamlarına belə işgəncə verdirir - VİDEO/18+
Quli Rövşənin adamlarına belə işgəncə verdirir - VİDEO/18+