XƏBƏR LENTİ

24-02-2017 13:41 Azərbaycan Yerevan-Kreml tandemini qıcıqlandırır - Politoloq 24-02-2017 13:35 Səbaildə Xocalı faciəsinin 25-ci ildönümü anılıb 24-02-2017 12:53 Əli Mirəliyev: “İlhamənin goru çatlayır” 24-02-2017 12:23 İtlə cinsi əlaqəyə girdi və həbs edildi 24-02-2017 12:05 ALDP Xocalı şəhidlərini andı - FOTO 24-02-2017 11:55 “Lotu Quli”nin yeznəsinin məhkəməsi başladı və... baş tutmadı 24-02-2017 11:48 Düşmənin təxribat törətmək cəhdlərinin qarşısı alındı - VİDEO 24-02-2017 11:46 Moskva Bakıya bu qorxunc silahdan sata bilər 24-02-2017 11:27 AŞPA Ermənistanın parlament seçkilərində qanun pozuntularının təkrarlanacağından ehtiyat edir 24-02-2017 11:07 Trampın İrəvanı səksəkəyə salan “Ermənistan PLANI” 24-02-2017 10:49 İki uşaq anası özünü öldürmək istədi 24-02-2017 10:43 ABŞ-ın daha bir ştatı Xocalı soyqırımını tanıdı 24-02-2017 10:40 “Hakimiyyətdən getməyim, Qarabağın itirilməsinə səbəb oldu” 24-02-2017 07:22 22 yaşlı oğlan 7 yaşlı uşağı öldürüb yedi - FOTO 24-02-2017 07:16 Ərdoğanı öldürmək istəyən əsgərlər Yunanıstana qaçdı 24-02-2017 07:05 Şəhidlərin məzarını su basdı - FOTO 24-02-2017 06:52 General özünü yandıracağını dedi - Məhkəmədə 24-02-2017 06:50 Bakıda 23 yaşlı oğlan dəm qazından öldü 24-02-2017 06:47 Həkimin ruhu xəstəxanada göründü - VİDEO 24-02-2017 06:45 Qadın satıcı müştərini bıçaqladı 24-02-2017 06:38 Bərzanidən Yaxın Şərq çağırışı: Yeni dövlət yaradaq 24-02-2017 06:37 Bakıda həkimlər gənc ananı 2 ardıcıl əməliyyatla şikəst etdi - VİDEO 23-02-2017 19:27 Baş katibi Azay Quliyevə təşəkkür etdi 23-02-2017 19:15 15 yaşlı ruhi xəstə anasını bıçaqladı 23-02-2017 19:05 RÜSVAYÇI HADİSƏ: qayınata ilə gəlin intim münasibətdə olarkən yaxalandı... - TƏFƏRRÜAT 23-02-2017 19:04 İranın təhsil verdiyi mollanın Masallıda qeyri-qanuni fəaliyyəti aşkarlandı - FOTO 23-02-2017 18:56 Sərkisyanın əleyhinə imza atmaqdan imtina edən QHT sədrləri - SİYAHI 23-02-2017 17:39 İki polkovniki əsir götürüldü - Müəmma 23 Fevral 2 23-02-2017 16:32 Deputat oğurlandı 23-02-2017 16:24 "Ərini bacısı ilə yataqda tutdu" - VİDEO 23-02-2017 16:14 Ermənistan 4 ədəd İsgəndər-M raket kompleksi alıb 23-02-2017 16:12 Usubov işdən çıxardığı generallara vəzifə verdi 23-02-2017 15:28 "Qeyrətsiz çıxır qeyrətdən danışır, namussuz namusdan" 23-02-2017 14:48 Ermənilər Laçın rayonunu minalardan təmizləyir - VİDEO 23-02-2017 14:43 Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr daha da genişlənir 23-02-2017 14:37 Şəhid övladlarını sevindirməkdən qürur hissi duyuruq 23-02-2017 14:10 Arvadının gizlətdiyi telefonu tapdı, kişilərlə yazışmasını tutdu... - Bakıda 23-02-2017 14:04 Aqil Nəzərli sakinləri dinlədi - FOTO 23-02-2017 14:00 Azərbaycan diasporunun rəhbəri tutulub 23-02-2017 13:33 Lerikdə qar uçqunu: Ailənin 5 üzvü öldü 23-02-2017 13:27 General: "Vəziyyət yenidən gərginləşəcək" 23-02-2017 13:26 Sərxoş sürücü Müdafiə Nazirliyinə girdi 23-02-2017 12:12 Qonşusunun çeçələ barmağını qoparıb uddu – ŞOK 23-02-2017 12:09 Banklarda dolların qiyməti düşür 23-02-2017 12:08 "Azərbaycanda kişi yoxdur" - VİDEO 23-02-2017 12:01 İlham Əliyev Cənub Qaz Dəhlizi toplantısında 23-02-2017 11:59 Cahangir Əsgərov işdən çıxıb? - AZAL-dan cavab 23-02-2017 11:56 Azərbaycan kürdləri Mehriban xanım Əliyevanı təbrik edib - MƏTN 23-02-2017 11:50 Qorbaçov villasını satışa çıxarıb - FOTO 23-02-2017 11:42 Nazir Salehi:"İran ABŞ bazarlarına kürü ixracına başlayıb" 23-02-2017 11:20 Ermənistan ordusunun əsgəri Qarabağda öldü 23-02-2017 11:16 Kimsəsiz uşaqlar evində ŞOK HADİSƏ - 13 yaşlı qız sürücü tərəfindən zorlandı 23-02-2017 11:08 İŞİD-ə qoşul, dövlətdən maaş al! 23-02-2017 11:05 Generallarımız cəbhəboyu zonaya səfər edib 23-02-2017 10:00 "Ermənilər oğlanın meyitini itin başına bağladılar" - VİDEO 23-02-2017 09:50 İranın tanınmış din xadimi həbs olundu



“Rəhbərlikdə Heydər Əliyev olsaydı, SSRİ dağılmayacaqdı”

8-12-2016 22:45musahibe
“Rəhbərlikdə Heydər Əliyev olsaydı, SSRİ dağılmayacaqdı”Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibovun Publika.az-a müsahibəsi:

– Bildiyiniz kimi, bu gün 1991-ci il dekabrın 8-də Sovet Sosialist Respublikaları İttifaqını (SSRİ) təşkil etmiş – Rusiya, Ukrayna və Belarusun ittifaqın parçalanması haqqında istəklərini bildirməsindən 25 il ötür. Bu hadisədən cəmi 17 gün sonra, 1991-ci il dekabrın 25-də Mixail Qorbaçov istefa verdi. Necə düşünürsünüz, həmin dövrdə SSRİ dağılmaya bilərdimi?
– Əlbəttə ki, SSRİ dağılmaya da bilərdi. Həmin dövrün hadisələrini yada salsaq, bilərik ki, o zaman SSRİ-də son hakimiyyət dəyişikliyi baş verdi və Mixail Qorbaçov iqtidara gəldi. Həmin vaxtdan sonra Mixail Qorbaçovun islahatçı kimi rolu mənfi nəticələr verdi. Mixail Qorbaçovun rəhbərliyi altında SSRİ-nin “Yenidənqurma” mərhələsi başladı. Bu “Yenidənqurma” siyasəti nəticəsində də SSRİ ölkələrində millətlərarası münaqişələr yaranmağa başladı. Həmin vaxtı bu heç kəsin ağlına gəlməyən hadisələr idi. O dövrdə Dağlıq Qarabağda baş verən hadisələr də tezliklə SSRİ-ni dağılmaq təhlükəsi səviyyəsinə çatdırdı. Ancaq “Yenidənqurma” siyasətini elan edən, ancaq öhdəsindən gələ bilməyən Mixail Qorbaçov hakimiyyəti Azərbaycanın Dağlıq Qarabağ bölgəsində də münaqişənin alovlanmasına qarşı çıxmadı. Əksinə, SSRİ-dəki ölkələrdə etnik münaqişələri daha da alovlandırdı. Bütün bunlara görə də təbii ki, Mixail Qorbaçov səriştəsiz və xəyanətkar idi.
Əgər o dövrdə SSRİ-nin rəhbərliyində Heydər Əliyev və onun kimi təcrübəli şəxslər olsaydı, o zaman bu ittifaq dağılmayacaqdı. Mən dəfələrlə Mixail Qorbaçovla görüşürdüm və hər dəfə ona açıq şəkildə deyirdim ki, Azərbaycandan konkret nə istədiyinizi bizə bildirin. Hələ o dövrdə Qorbaçova sual verdim ki, sizin “Yenidənqurma” siyasətinin Dağlıq Qarabağdakı əhaliyə nə bağlılığı və təsiri var? Dedim ki, siz Ermənistana ayrı, bizə isə ayrı sözlər deyirsiz. Sizin bu mövqeyinizi necə başa düşək? Həmin vaxtı SSRİ-də vəziyyət də pisləşməyə doğru gedirdi. Qorbaçov isə açıq şəkildə Boris Yeltsin ilə şəxsi ədavət aparırdı. Hətta, mən deyərdim ki, Qarabağ münaqişəsi ilə bağlı da Boris Yeltsin ilə Mixail Qorbaçov arasında ciddi fikir ayrılığı var idi. Yəni, tarixdə şəxsiyyət iki cür yadda qalır. Bunlardan biri müsbət, digəri isə mənfi olur. Əfsuslar olsun ki, o zaman SSRİ-də hakimiyyətə gələn şəxslərin rolu mənfi idi.
– SSRİ dağılandan sonra Mixail Qorbaçovun Qərbin adamı olması barədə müxtəlif ittihamlar və fikirlər səslənmişdi. Bütün bunlar nə qədər həqiqəti əks etdirir?
– Mən dəqiq deyə bilmərəm ki, Mixail Qorbaçov Qərbin yüz faiz adamı olub. Çünki bunu sübut edən konkret dəlilim yoxdur. Amma Mixail Qorbaçovun apardığı siyasətə nəzər salan zaman onun haqqında hər cür fikir söyləmək olar. Çünki Mixail Qorbaçov SSRİ rəhbəri olan zaman kobudcasına ciddi səhvlər buraxıb. Bu səhvlərin nəticəsində də SSRİ dağılmağa məcbur qalıb. Bütün bunlar öz-özünə baş vermədi. Bunu edənlər Mixail Qorbaçov kimi rəhbər şəxslər olub. Burada insanların rolu olub. SSRİ bir nəhəng gəmi idi. Həmin gəmi də məhz Mixail Qorbaçov kapitan olan zaman iflasa uğradı. Əgər bir gəmi batırsa, onun ilk məsuliyyətini kapitan daşıyır. İndi SSRİ də süqut edirdisə, onun başında dayanan adam Mixail Qorbaçov idi, ən çox məsuliyyəti də o daşıyırdı.
Şəxsən mən dəfələrlə demişəm ki, Azərbaycanın tarixi ərazilərində ermənilərin etnik münaqişə yaratması məhz Mixail Qorbaçovun SSRİ-yə rəhbərliyi dövründə açıq vüsət aldı. Mixail Qorbaçov Azərbaycan torpaqlarında ermənilərin baş qaldırmasına göz yumurdu. Bunun nəticəsində də o, Azərbaycanda və digər bu kimi dövlətlərdə nifrət qazandı. Təsəvvür edin ki, SSRİ-də dünənə kimi bir-birinə qardaş deyən insanlar Mixail Qorbaçovun dövründə düşmənə çevrildilər. Bəs SSRİ niyə Leonid Brejnevin dövründə dağılmadı, məhz Mixail Qorbaçovun dövründə dağıldı? Bütün bunların kökündə ilk növbədə etnik münaqişələr dayanırdı.
– Sizə elə gəlmirmi ki, SSRİ rəhbərliyi üzv ölkələrdəki etnik münaqişələri bilərəkdən yaratmışdı?
– Etiraf etməliyəm ki, SSRİ-də ötən sərin 90-cı illərinə qədər baş verən hadisələrin kökündə əsasən o dövrdə Moskvada rəhbərlikdə olan şəxslərin bir-biri ilə yola getməməsi dayanır. Konkret olaraq, həmin dövrdə Mixail Qorbaçov ilə Boris Yeltsin arasında ciddi qarşıdurma gedirdi. Onlar öz aralarında hakimiyyət uğrunda dava aparırdılar. O dövrdə mən tez-tez Moskvada iclaslara qatılırdım və hər şeyin şahidi olurdum. Görürdüm ki, Mixail Qorbaçov ilə Boris Yeltsin yola getmirlər. Hələ bir neçə il öncədən görürdük ki, bu gedişlə SSRİ dağılacaq. Biz onlara bu barədə xəbərdarlıq edirdik. Deyirdik ki, bunların nəticəsi pis qurtaracaq. Misal üçün, 1991-ci ilin sentyabrında Boris Yeltsin və Nursultan Nazarbayev Azərbaycana səfər etmişdilər. Onlar Dağlıq Qarabağa səfər edərək, orada baş verən hadisələrin həllinə kömək etmək istədiklərini bildirmişdilər. Həmin vaxtı Mixail Qorbaçov isə hələ SSRİ rəhbəri idi, istefa verməmişdi. Mixail Qorbaçov mənə zəng edib qısqanclıqla dedi ki, guya Boris Yeltsin Azərbaycana münaqişəni həll etmək üçün gəlib? Mixail Qorbaçov bunu mənə istehza ilə dedi. Mən də ona dedim ki, kim olur-olsun, münaqişənin həllinə kömək etsin. Bizim istəyimiz budur. Yəni, Mixail Qorbaçov istədiyi işə Boris Yeltsin, Boris Yeltsinin görmək istədiyi işə isə Mixail Qorbaçov mane olurdu. Bu şəxslərin arasında şəxsi ədavət var idi. Bütün bunları görəndən sonra isə düşünürsən ki, SSRİ-nin dağılması heç də Qərbin reallaşdırdığı plan olmayıb, SSRİ daxildə gedən bu cür çəkişmələr nəticəsində dağıldı.
Loading...

Ən çox oxunan

Qanuni oğru Masallı Rafiqin dəhşətli döyülmə anı – ŞOK VİDEO/23+
Qanuni oğru Masallı Rafiqin dəhşətli döyülmə anı – ŞOK VİDEO/23+
Azərbaycanlı milyarderin ŞOK fotoları yayıldı - FOTOLAR (+ 18)
Azərbaycanlı milyarderin ŞOK fotoları yayıldı - FOTOLAR (+ 18)
13 yaşlı qızın girovluqda başına gətirilən dəhşətlər - VİDEO
13 yaşlı qızın girovluqda başına gətirilən dəhşətlər - VİDEO
18 yaşlı azərbaycanlı terrorçu Həmzə Əliyev haqqında sensasion məlumatlar - FOTOLAR
18 yaşlı azərbaycanlı terrorçu Həmzə Əliyev haqqında sensasion məlumatlar - FOTOLAR
Rafael Cəbrayılov: “Xalqa məxsus olan dövləti məmur layiqincə təmsil etməlidir”
Rafael Cəbrayılov: “Xalqa məxsus olan dövləti məmur layiqincə təmsil etməlidir”
Gəncədə kollec müdiri belə həbs edildi - VİDEO
Gəncədə kollec müdiri belə həbs edildi - VİDEO
Azərbaycanlı müğənni lüt soyunmağa razı oldu - FOTOLAR
Azərbaycanlı müğənni lüt soyunmağa razı oldu - FOTOLAR
Afaq Aslan yenə bədənini nümayiş etdirdi: “Baxın, hər yerim təbiidir” – VİDEO
Afaq Aslan yenə bədənini nümayiş etdirdi: “Baxın, hər yerim təbiidir” – VİDEO
Müğənni səhnədə fanatını soyundurub seksual hərəkətləri ilə... - VİDEO
Müğənni səhnədə fanatını soyundurub seksual hərəkətləri ilə... - VİDEO
Rəşad Quliyev ittihamlara cavab verdi - Bu, Əlövsət Əliyevin işidir
Rəşad Quliyev ittihamlara cavab verdi - Bu, Əlövsət Əliyevin işidir