24 noy 09:43musahibe

"Tramp hakimiyyəti Rusiyanı gücləndirəcək"

"Tramp hakimiyyəti Rusiyanı gücləndirəcək"Azərbaycan Lieral Demokrat Partiyasının sədri Fuad Əliyev Moldova və Bolqarıstanda liberalların seçkilərdə uduzması və digər məsələlərlə bağlı Avrasiya.net-ə müsahibə verib.

- Fuad bəy, Moldova və Bolqarıstanda liberalların seçkilərdə uduzması nə ilə izah edərsiz?

- Təxminən 10 il bundan əvvəl Rumıniyanın Azərbaycandakı səfirilə çox maraqlı bir görüşüm olmuşdu. Səfir tarixçi idi və türk dilinidə çox yaxşı danışırdı. Həmin il Rumıniyada liberallar seçkiləri sosialistlərə uduzdular. Səfir bunu belə izah etdi ki, tam demokratik oturuşmuş ölkələrdə ideoloji mübarizə gedir və partiyalar seçki dövründə ideologiyalarna uyğun vətəndaşlara proqramlar irəli sürürlər. Hakimiyyətə gələndə ideologiyaya uyğun iqtisadi, sosial və siyasi proqramları həyata keçirirlər. Rumıniya isə vaxtıilə Varşava Müqaviləsi Təşkilatın (VMT) üzvü olub. Bu təşkilata daxil olan ölkələr kommunizm ideologiyasının daşıcıları olublar. VMT 1991-ci ildə dağılandan sonra Rumıniyada liberallar hakimiyyətə gəldilər. Buna baxmayaraq, liberallar hakimiyyət dövründə sosializmə xas olan iqtisadi və sosial qanunlar qəbul etdilər. Çünki cəmiyyət liberallaşmaya tam hazır deyildi. Növbəti seçkilərində isə sosialistlər qalib gəldilər. Amma bu dəfə onlar daha çox liberal qanunlar qəbul etdilər. Səfirin sözlərinə görə, liberalların hakimiyyəti dövründə cəmiyyət liberallaşmaya hazır deyildi. Hazır olanda isə hakimiyyətdə olan sosialistlər məcburən liberallaşmaya getdilər. Cəmiyyətin liberal qanunlarla yaşamağa hazır olmadığı ölkələr kimi Rusiyanı da misal çəkmək olar. Yeltsin hakimiyyəti dövründə liberallaşma getdi. Baxın həmin dövrdə Rusiyada hansı proseslər oldu – iqtisadi böhran, işsizlik və s. Moldoviya və Bolqarıstanı da buna aid etmək olar. Cəmiyyət belə keçidlərə hazır olmayanda siyasi və iqtisadi böhran baş verir. Ona görə hakimiyyət iqtisadi və siyasi böhranların olmaması üçün düzgün qərarlar verməlidir. Misal kimi Çini deyə bilərəm. Dünyanın ən böyük bir dövləti iqtisadi islahatlara, liberallaşmaya getdi. Və bu islahatlar iqtisadi baxımdan Çini güclü dövlətlərin birinə çevirdi. Digər bir missal – Yaponiyanı çəkə bilərəm. Yaponiyada 1947-ci ildən liberallar, 1953-cü ildən isə bu günə qədər liberal-demokratlar hakimiyyətdədilər. Və Yaponiyada nə iqtisadi böhran, nə də ki digər problemlər yaşanır.

- Bəzi ekspertlər Moldova və Bolqarıstanda rusiyameyilli güvvələrin hakimiyyətə gəlməsi kimi qiymətləndirilər. Bu nə dərəcədə doğrudur?

- Son 3-4 ildə dünyada, xüsusilə də Suriya məsələsində Rusiyanın mövqeyi möhkəmlənib. Bu gün Putin bu və yaxud başqa formada SSSR-in bərpası fikirlərilə yaşayır. Rusiya iqtidarının digər ölkələrdə rusiyameyilli qüvvələrə dəstək verməsini də istisna etmirəm. Gürcüstanda İvanaşviliyə dəstək verilməsi və nəticə olaraq onun komandasının hakimiyyətə gəlməsini misal kimi çəkmək olar. Hesab edirəm ki, yaxın illərdə Ukraynada da siyasi böhran yaşanacaq və hakimiyyətə rusiyameyilli qüvvələr qələcək. İkinci bir məsələ var, bu da iqtisadi məsələdir. Nə Moldova, Bolqarıstan, nə də ki, Gürcüstan və Ukraynanın Avropa standartlarına uyğun istehsalatı var. Bu ölkələrin istehsal etdiyi mallar Avropa standartlarına uyğun deyil. İstehsal etdiyi mallarını harasa satmalıdırlar. Ona görə də hesab edirəm ki, iqtisadi baxımdan Rusiyadan sərf edən ölkə yoxdur.

– Bəs, Rusiyaya tətbiq olunmuş sanksiyalara münasibət necə olacaq?

– Hesab edirəm ki, hətta ABŞ da sanksiyaların əhəmiyyətsiz olduğunu başa düşdü. Seçilən prezident Donald Tramp da öz çıxışlarında sanksiyaların əleyhinə olduğunu qeyd etmişdi. Sanksiyalara qoşulan bəzi Avropa ölkələrin bəyanatlarında da sanksiyaların dayandırılmasını məqsədə uyğun hesab etdiklərini bildirirdilər. Yuxarıda qeyd etdiyim kimi Rusiyanın mövqeyi Trampın hakimiyyət dövründə daha da güclənəcək.

- Bu günlərdə Türkiyanın Şanxay Əməkdaşlıq Təşkilatına üzv olması fikirlər səsləndi. Bu təşkilata üzvlük Türkiyəyə nə verəcək?

- Məncə bu Türkiyə üçün əlverilişli bir təşkilatdır. Çin və Rusiyadan başqa burada dörd türkdilli ölkə üzvdürlər. Siyasi baxımdan Türkiyənın mövqeyi bu ölkələrdə güclənməsinə gətirib çıxara bilər. Həm də iqtisadi baxımdan Rusiyadan əlavə bu ölkələrdə istehsal etdiyi yüksək keyfiyyətli malların satılması Türkiyəyə xeyir qətirə bilər. Onsuz da Türkiyə Avropa Birliyinə heç vaxt üzv olmayacaq. Ona görə də bu təşkilat Türkiyə üçün daha uğurlu seçimdir.
loading...
Reklam
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ
24-05-2017, 15:16