15 noy 16:32musahibe

Elçin Əlibəyli: “Xoşqədəm kimi aktyorluq edə bilmərəm”

Elçin Əlibəyli: “Xoşqədəm kimi aktyorluq edə bilmərəm” ATV telekanalında 2014-cü ildə efirə gedən “Səni Axtarıram” verlişi ilə bağlı yayılan kadrlar cəmiyyətdə rezonansa səbəb olub. Bir zamanlar adıçəkilən telekanalın sevilən aparıcılarından olan, peşəkar jurnalist Elçin Əlibəylinin də fikirləri cəmiyyət üçün maraqlıdır.

Elçin Əlibəyli ilə müsahibəni təqdim edirik:

-Elçin bəy, bir zamanlar siz də ATV telekanlının əməkdaşı olmusunuz. ATV telekanlında 2014-cü ildə efirə gedən “Səni Axtarıram” verilişinin kadrarxası səhnələrinin yayımlanması böyük rezonansa səbəb olub. “yarım kub iynə”, “xərəkdə gətirin” kimi ifadələrin auditoriyasının inamını qazanan aparıcının dilindən səslənməsi gözlənilməz idi. Kadrlardan bəlli olur ki, əslində veriilişdə süni olaraq dramatizm yaradılır, insan hisləri ilə oynanılır. Televiziyaçılıq baxımından bu, nə dərəcədə düzgündür?

-Hər bir verilişin müəyyən dramaturji quruluşu, fabulası olmalıdır. Gələn qonaqlara da öncədən deyilir ki, verilişin gedişatı belə olacaq. Televeziyada buna “verilişin mətbəxi” deyilir. Hər bir verilişin öz mətbəxi var. Verilişin telemətbəxinin üzə çıxmasını heç də yaxşı qarşılamıram. Bu mətbəxin kimlərsə tərəfindən yayılması düşünürəm ki, çox yersiz, etikaya sığmayan bir addımdır. Siz də müəyyən xəbəri hazırlayanda hazırlıq mərhələsindən keçirsiniz. Sizin xəbərin də öz mətbəxi var. İstənilən verilişin kulisarxası hazırlıq işləri görülür. Xoşqədəm Hidayətqızının verilişi ilə bağlı hesab etmirəm ki, fövqəladə bir şey var. Burada faciəvi, fövqəladə məsələ yoxdur. Bu mövzunun şişirdilməsini anlaya bilmirəm. Sosial verilişlər daha çox kütlə ilə, yəni sadə vətəndaşlarla işlənir. Onlar axı, peşəkar jurnalist, aktyor deyil. Bu səbəbdən verilişə gələnlərlə müəyyən hazırlıq mərhələsi görülür, onların üzərində iş aparılır, qurulmuş ssenari reallaşır.

-Ola bilər ki, bu, Xoşqədəm xanıma arxadan vurulan zərbədir. Bəlkə də fəxri ad alması telekanalda onunla əməkdaş kimi çalışan heyət üzvlərindən birini bərk qıcıqlandırıb. Amma məsələyə fərqli rakursdan baxaq. Əlbəttə, verilişin baxımlı, reytinqli olması üçün hislər önə çəkilməlidir. Amma ayaqüstə gəzə bilən qoca kişinin bilərəkdən xərəkdə gətirilməsi, hətta belə bir qorxunun olması ki, birdən kişi xərəkdən qalxar, onda nə etməli? Bu zaman ortaq rəy qəbul olunur ki, “yarım kub” iynə vurulsun. Bunlar nəyə gərəkdir?

-Bu, əlbəttə, sizin fikrinizdir. Hərənin öz üslubu, yanaşma tərzi var. Hər bir veriliş redaktor heyəti, prodüsser və aparıcı tərəfindən öz zövqlərinə uyğun olaraq qurulur. Hərənin individual yanaşması var. Buna məhdudiyyət qoyacaq konkret qanunvericilik, əsasnamə yoxdur ki, deyək bunu eləmək olmaz. Hətta dünya təcrübəsində də bu belədir. Rusiyanın ən çox izlənən, reytinqli şou-proqramlarında da müəyyən ssenari yazılır, reportajın mətbəxi qurulur. Burda heç bir qəbahət yoxdur.

- Maraqlıdır, qeyd etdiniz ki, hər bir veriliş redaktor, prodüsser və aparıcı zövqünə uyğun olaraq hazırlanır. Yəni, ortaq rəy formalaşır və buna uyğun olaraq addım atılır. Bəs, eyni ssenarini reallaşdırmaq sizdən tələb olunsaydı necə, Xoşqədəm xanım kimi addım atardınız?

-Düşünürəm ki, bu cür verilişlər məndə alınmaz...

-Belə çıxır, Xoşqədəm xanımdan fərqli olaraq, sizin aktyorluq qabiliyyətiniz yoxdur...

-Məndə aktyorluq alınmaz. Xoşqədəm kimi aktyorluq edə bilmərəm. Bu cür veriliş hazırlaya bilmərəm. Amma pis ideya deyil. Özümdə sınayaram. Bu haqda düşünməyə dəyər.(Cebhe.info)
loading...
XƏBƏR LENTİ
Dünən, 15:42
Dünən, 09:47