05 mar 15:58medeniyyet

Xalq artisti narkotik aludəçisi və insan alverçisi ermənin Bakıya niyə dəvət etmişdi - ŞOK FAKTLAR

Xalq artisti narkotik aludəçisi və insan alverçisi ermənin Bakıya niyə dəvət etmişdi - ŞOK FAKTLARXalq artisti Aygün Kazımova dünən mətbuata açıqlamasında ermənilərlə hansısa formada əməkdaşlıq etməsi barədə yalan məlumatların yayılaraq ona qarşı təxribat hazırlandığını bildirib.

Cebhe.info Aygün Kazımovanın bu fikirlərindən yola çıxaraq söhbətin hansı ermənidən getdiyini araşdırmağa çalışıb.

Belə ki, Aygün Kazımovanın çox vaxt birlikdə olduğu əslən gürcü olduğu bildirilən Ramazzo Romanın erməni əsilli olması ilə bağlı şok faktlar ortaya çıxıb. Məlumata görə, 2005-ci ildə Aygün Kazımova Ramazzo Romanı Şamanauri (Ekmalyan) Bakıya dəvət edib. Onunla bərabər Nina adlı qadın da gəlib.

H.Əliyev adına beynəlxalq hava limanında onlar saxlanılıb. Saxlanılarkən Ramazzonun bacısı Ninanın çantasından erməni vətəndaşlığını təsdiqləyən sənəd tapılıb və dərhal ona ölkəni tərk etmək üçün 24 saat vaxt verilib. Dərhal hüquq-mühafizə orqanları hərəkətə keçərək onu Gürcüstana deportasiya edib. Lakin onun qardaşı Ramazzo Romanın ikili vətəndaşlığı olduğu üçün o, Gürcüstan vətəndaşlığını təsdiqləyən sənədlə məsələdən yaxa qurtarıb.

Lakin o, Ninanın onun bacısı olduğunu Aygün Kazımovadan gizlədib.

Hətta Ramazzo Romanın Aygün Kazımovanın içkisinə dərman qataraq rəsmlərini çəkdiyi, xalq artistinə kloun paltarı geyindirərək Ramazzonun layihəsində yer almış Karina Karapetyan və onun qızı Kristina Karapetyan ilə birlikdə rəsmlərini çəkdiyi və bu şəkillər əsasında onu şantaj etdiyi də bildirilir.

Hal-hazırda da Ramazzo Romanın Bakıya Gürcü vəsiqəsi ilə gəlib-getdiyi, onun anasının erməni əsilli Marina Ekmalyan, dayısı Samuel Ekmalyan, həmçinin onun bacısı Nina Şamanauri hal-hazırda Gürcüstan vətəndaşlığını alıb.

Nina Ekmalyanın lezbian olduğu, onun qız sevgilisinin azərbaycanlı Kamilla olduğu, onun isə hal-hazırda Dubayda çalışdığı bildirilir.

Ramazzo Ekmalyanın atası Jimçer Ekmalyan vaxtilə Qarabağ döyüşlərində Azərbaycana qarşı döyüşmüş və çoxsaylı azərbaycanlı öldürdüyü də qeyd edilir. Ekmalyanlar ailəsi isə ümumilikdə erməni qaçqını kimi Gürcüstana sığınıblar.

Ramazo Ekmalyan, həmçinin onun bacısı sonradan Gürcüstan vətəndaşlığı alaraq soyadlarını dəyişdirərək, Shamanauri soyadını götürüb.

Ramazzo Ekmalyan Türkiyədə “Best Model” yarışmasında, yarışmanın başqanı Erkan Ozermanın pulunu oğurlamaqda ittiham edilərək əməliyyat nəticəsində yaxalanıb. Onu isə məhz Erkan Ozerman özü polisə şikayət edib. Polisə ifadə verən zaman isə o, əvvəlcə özünü azərbaycanlı kimi təqdim edib, araşdırma zamanı gürcü olduğunu açıqlayıb.
Orada insan alveri və qadınları fahişəliyə sövq etdiyi üzə çıxıb. İşin aşkarlandığını görən Ekmalyan Aygün Kazımovanın adını çəkib. Erkan Ozermanın şikayəti əsasında məhkəməyə çıxarılaraq Ekmalyan Türkiyədən deportasiya edilib.

Ramazzo Şamanurinin (Ekmalyan) narkotik aludəçisi olduğu da qeyd edilir. Bununla yanaşı Ramazzo Ekmalyan Türkiyədə qadınları öz evində fahişəliyə cəlb etdiyi üçün polislər tərəfindən yaxalanıb, polislərə ifadə verərkən isə özünü həm azərbaycanlı kimi təqdim edib, həm də evin xalq artisti Aygün Kazımovaya məxsus olduğunu bildirib. Aygün Kazımova isə Türkiyə mediasında yer alan məlumatlara açıqlama verərkən onun evində belə bir şeyin baş verəcəyinin mümkünsüz olduğunu, evində çoxsaylı kameralar olduğunu və daha sonra bütün bunların imkanlı bir iş adamı tərəfindən ona qarşı edilmiş təxribatı kimi qiymətləndirib.

Ramazzo Ekmalyan həmçinin digər azərbaycanlı modelə də kələk gəldiyi barədə məlumatlar türk mətbuatında yer almaqdadır. Belə ki, türk aktyor Tolqa Karelə ailə qurduqdan sonra “Best Model Azərbaycan” yarışmasının qalibi olmuş Günay Musayeva 2011-ci ildə Türkiyədə modelyer Ramazzo adı ilə tanınmış Ramazzo Ekmalyan ilə əlaqə yaradıb. Ramazzo ona Türkiyədə çalışmaq üçün icazə almaq adı ilə Günay Museyavadan 20 min dollar pul almış, onun bir hissəsini mənimsəyib, daha sonra Günay Musayevadan 10 min dollar pul alaraq tanınmış müğənni Tarkana, Sibel Cana paltar tikəcəyini bildirərək Günay Musayevaya kələk gəlib. Sonradan onun həyat yoldaşı Tolqa Karelin müdaxiləsi nəticəsində məsələ öz həllini tapıb.

Ramazzo Ekmalyan Türkiyədə yaxalandıqdan sonra həbs olunmamaq üçün plastik cərrahiyə əməliyyatı keçirib, özünə süni sinə qoyduraraq məsuliyyətdən yaxa qaçırda bilib. Mənbənin sözlərinə görə, qeyd olunanları təfərrüatı ilə açıqlayacağı üçün və bütün materialları dəlil olaraq əlində topladığı üçün ona qarşı da bir neçə dəfə sui-qəsd təşkil edilib. Hətta onu susdurmaq üçün evinə 3 nəfər bıçaqlı şəxs göndərilib, ölümlə də hədə-qorxu gəlinib.

Bütün bu qeyd edilənlərlə bağlı xalq artisti Aygün Kazımovanın mövqeyini öyrənməyə çalışsaq da, bütün cəhdlərimiz uğursuz olub. Onun mövqeyini dərc etməyə hazırıq.
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ