30 sen 17:58medeniyyet

Həyat yoldaşı Nadir Qafarzadəni tərk etdi

Həyat yoldaşı Nadir Qafarzadəni tərk etdiMüğənni Nadir Qafarzadə həyat yoldaşı Sevinc xanımın onu tərk etdiyini bildirib.

Big.az xəbər verir ki, müğənni İnstaqram hesabında xanımından geri dönməsini xahiş edib və onu çox sevdiyini dilə gətirib:

"Bu gün məni tək qoyub tərk etdin. Dönəcəyini çox gözləyəcəyəm. Sən bilirsən ki, sənsiz həyatım maraqsız və mənasızdır, sanki bir cəhənnəm. Dönəcəyini çox gözləyəcəyəm. Axı sənsiz neyləyərəm? Demirsən ki ölərəm? Sən mənim bir dənəmsən. Göydə Allah, yerdə səni sevirəm. Mənim ilk və son məhəbbətim. Sevgi mələyim, məni tərk etmə, tez qayıt. Artıq yoxluğunu hiss edirəm, sanki boğuluram. Bəlkə də sən dönüncə yaşamaram. Səni çox lap çox gözləyirəm, çünki sevirəm. Mənə deyəndə ki kimsə öz sevdiyindən ayrılıb və ya boşanıb, mənə çatmır. İnsan sevdiyindən necə ayrı qala bilər. Yazdıqlarım çoxlarına gülünc gələ bilər. Amma məni sevən insanlar anlayar. Mən səni elə-belə hamı kimi yox dəlicəsinə sevirəm. Həyatımın bir tək qadınısan. Allaha çox şükürlər olsun. Demək bu da olmalıymış. Həyatda yaşamağımın səbəbkarı, sevincim. Hər şeyimi verərəm, həyatımı, varlığımı, təki mənim yanımda ol. Sən olmasan bu həyatı neynirəm. Allah hamının canını sağ eləsin, amma sən başqasan. Hərdən xətrinə dəyəcək nəsə etmişəmsə, Allah xatirinə məni bağışla. Qorxuram həsrətdən üzülüm, gözlərim ağlamaqdan kor olsun, səni görə bilməyim".
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ