27 may 22:21medeniyyet

Ağcabədi, Laçın - Taxtakörpü qəsəbəsində “Kitab bayramı”

Ağcabədi, Laçın - Taxtakörpü qəsəbəsində “Kitab bayramı”Bu gün Ağcabədi, Laçın - Taxtakörpü qəsəbəsində təşkil olunan ənənəvi “Kitab bayramı”nda 3 mindən çox kitab nümayiş etdirilib.

Avrasiya.net xəbər verir ki, tədbir ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü və Respublika Günü ilə əlaqədar Laçın rayon Mədəniyyət və Turizm şöbəsinin, Mərkəzləşdirilmiş Kitabxanalar sisteminin və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilib. Tədbirdə Laçın rayon İcra Hakimiyyətinin səlahiyyətli nümayəndələri, o cümlədən rayon icra hakimiyyətinin birinci müavini Tofiq Mirzəyev iştirak etmişlər. O, çıxışı zamanı kitabxana işçilərinə tapşırıqlar vermiş və oxuçuların kitablara marağının artması yönündə ciddi uğurlar əldə edilməsini təqdirəlayiq hal hesab etmişdir. Daha sonra Mədəniyyət və Turizm şöbəsinin müdiri Yusif Hüseynov mərkəzləşdirilmiş kitabxanalar sisteminin il ərzində təşkil etdiyi tədbirlərdən, 28 may Respublika Gününün Azərbaycan xalqı üçün nə qədər böyük əhəmiyyət kəsb etdiyindən və ümummilli lider Heydər Əliyevin unudulmaz xidmətlərindən bəhs etmişdir.

Ağcabədi, Laçın - Taxtakörpü qəsəbəsində “Kitab bayramı”Bayram tədbirində çıxış edənlər bildiriblər ki, ənənəvi “Kitab bayramı”nın keçirilməsinin məqsədi texnologiyaların və informasiyanın geniş yayıldığı müasir dövrdə gənclərin mütaliəyə marağını artırmaq, onları maarifləndirməkdən ibarətdir. “Kitab bayramı”nda ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən, eləcə də Azərbaycan folkloruna, xarici yazıçılara aid kitablar oxucular tərəfindən maraqla qarşılanıb.

Ağcabədi, Laçın - Taxtakörpü qəsəbəsində “Kitab bayramı”Rayonun idarə və təşkilat rəhbərlərinin, kitabxana, mədəniyyət, təhsil işçilərinin və məktəblilərin iştirak etdiyi “Kitab bayramı”nda oxuculara yerli yazarların yeni nəşrləri də təqdim olunub.

Tədbir iştirakçıları kitablara həsr olunmuş bədii kompozisiyaları izləyiblər.

37 saylı tam orta məktəbinin və Şamkənd kənd uşaq musiqi məktəbinin şagirdlərinin çıxışları iştirakçılarda xoş təəssürat yaratmışdır.
Ağcabədi, Laçın - Taxtakörpü qəsəbəsində “Kitab bayramı”
Ağcabədi, Laçın - Taxtakörpü qəsəbəsində “Kitab bayramı”
Ağcabədi, Laçın - Taxtakörpü qəsəbəsində “Kitab bayramı”
Ağcabədi, Laçın - Taxtakörpü qəsəbəsində “Kitab bayramı”
Ağcabədi, Laçın - Taxtakörpü qəsəbəsində “Kitab bayramı”
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ