11 may 11:46medeniyyet

Tünzalə Əliyevanın vəziyyəti yenidən pisləşib

Tünzalə Əliyevanın vəziyyəti yenidən pisləşibBoğazıma, çanağıma, mədəmin alt hissəsinə yayılıb

Xəbər verdiyimiz kimi, xərçəngdən əziyyət çəkən əməkdar artist Tünzalə Əliyevanın səhhəti pisləşib. Xəstəlik aktrisanın orqanlarına yayılıb.

Tünzalə Əliyeva bu haqda AzNews.az-a açıqlama verib və yayılan informasiyanın doğru olduğunu deyib:

"Bir müddət öncə xəstəliyimlə əlaqədar təkrar analizlər götürülmüşdü. Bu gün analizin nəticələri açıqlanıb. Yaxşı çıxmadı, çox gecikmişəm. Şiş bədənimə yayılıb. Xəstəlik bədənimin qarın hissəsində metaztaz verib. Boğazıma, çanağıma, mədəmin alt hissəsinə yayılıb”.

Aktrisa kimyaterapiya kurslarına başlanılacağını qeyd edib:

“6 kimyaterapiya kursu keçməliyəm. Onun hələlik 3-ü aparılacaq. Əgər müalicə lazımı effekti verməsə, bir az da dozası artırılacaq”.

Xatırladaq ki, əməkdar artist Tünzalə Əliyeva 2014-cü ildə arıqlamaq məqsədi ilə mədəsinin üçdə iki hissəsini götüzdürüb. Ondan bir müddət sonra isə aktrisada xərçəng xəstəliyi aşkarlanıb. Aktrisa xəstəliyi ilə bağlı əməliyyat edilmişdi.
loading...
XƏBƏR LENTİ
Dünən, 19:21
SORĞU