25 apr 17:39medeniyyet

İTV-nin Yayım Şurasının yeni üzvü: “Çalışacam ki, etimadı doğruldam”

İTV-nin Yayım Şurasının yeni üzvü: “Çalışacam ki, etimadı doğruldam”Xəbər verdiyimiz kimi, İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) Yayım Şurasına yeni üzvlər seçilib.

Səsvermə nəticəsində İTV-nin Yayım Şurasına idman federasiyalarından Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının prorektoru Yusif Babanlı, dini konfessiyalardan Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin birinci müavini Salman Musayev, yaradıcılıq təşkilatları tərəfindən Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) katibi Zemfira Qafarova seçiliblər.

İTV-nin Yayım Şurasının yeni üzvü, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının prorektoru Yusif Babanlı Modern.az-a açıqlamasında ona göstərilən etimada görə hər kəsə təşəkkür edib:

“İdman ictimaiyyəti tərəfindən İTV-nin Yayım Şurasının üzvü seçilmişəm. Bildiyiniz kimi, ümumi idman ictimaiyyəti çox böyük sahəni əks etdirir. Mənə bu etimadı göstərdiklərinə görə, başda Olimpiya və İdman Komitəsi olmaqla Gənclər və İdman Nazirliyi, idman federasiyalarına təşəkkürümü bildirirəm. Bu gün ölkəmizin hər sahəsində gedən inkişaf idman sahəsinə də öz töhfəsini verib. Bu sahəni 6 il müddətinə təmsil edəcəm. Çalışacam ki, orada idman ictimaiyyəti ilə bağlı işlər daha da düzgün qurulsun.

Çalışacam ki, bizim sahəni Yayım Şurasında daha yaxşı təmsil edim. Milli Məclis üzvlərinə də minnətdaram ki, 107 deputatın səsi ilə 6 il müddətinə yenə də Yayım Şurasında idman ictimaiyyəti adından təmsil olunacam”.

Milli Olimpiya Komitəsinin baş katibi, Boks Federasiyasının vitse-prezidenti, deputat Ağacan Abiyev də saytımıza açıqlamasında İTV-nin verilişlərini yüksək qiymətləndirib.

“İctimai Televiziyadançox razıyam. Hər bir veriliş baxımlıdır. Rusiyanın İctimai televiziyası ilə müqayisə edəndə bizim televiziya daha yaxşıdır. İctimai Televiziyaya baxanda hər şeyin öz yerində olduğunu görürəm. Hesab edirəm ki, əsl elmi proqramları olan televiziyadır. Eyni zamanda, İTV-nin Yayım Şurasına seçilən üzvləri də təbrik edirəm. Bundan sonrakı işlərində uğurlar arzulayıram”.
loading...
XƏBƏR LENTİ
SORĞU