15 mar 08:16medeniyyet

Afət indi də Flora Kərimovanı ələ saldı

Afət indi də Flora Kərimovanı ələ saldıİmadəddin Nəsiminin “Sığmazam” qəzəlini təhrif olunmuş formada “Pəncu-şeş” hind mahnısının musiqisi üzərində oxuması ilə tənqid hədəfi olaraq “gündəmə gələn” Afət Fərmanqızı xalq artisti Flora Kərimovaya lağ edib.

Kult.az xəbər verir ki, A.Fərmanqızı F.Kərimovanın rol aldığı "Qayınana 2018" filmi üçün hamam otağında çəkdirdiyi fotosunu İnstaqramda paylaşaraq “onun ucbatından” Nəsimin qəzəlini təhrif etdiyini yazıb.

“Bu xanım bu günlərdə Faiq Ağayevə "sənəti yoxdur" dedikdən sonra yenə məni tənqid etməyə başlayıb. Əziz və hörmətli müğənnimiz, bu vannadakı şəklinizi gördükdən sonra ağlım başımdan çıxdı. Bir də ayıldım ki, qəzəli hind melodiyası ilə oxumuşam. Qısası, günah sizdədir. Siz bu vannaya uzanmasaydınız, mən də qəzəli o cür oxumazdım", - A.Fərmanqızı qeyd edib.

Qeyd edək ki, bundan əvvəl F.Kərimova A.Fərmanqızının dahi Azərbaycan şairi İmadəddin Nəsiminin məşhur “Sığmazam” qəzəlini hind musiqisi üstündə oxumasını tənqid edib və bunu dəyərlərimizə hörmətsizlik kimi qiymətləndirib.

Zəruri olaraq xatırladaq ki, A.Fərmanqızı eyni zamanda qəzəlin sözlərini təhrif də edib və misranın mənasını anlamadını göstərib.
loading...
XƏBƏR LENTİ
SORĞU
Marneulidə keçiriləcək mer seçkilərində hansı namizədin seçilmə şansı daha çoxdur?
Zaur Darğallı
Əhməd İmamquliyev
Əli Bədirov
Aqil Mustafayev