06 fev 16:10medeniyyet

Emin Ağalarov: Mənə sui-qəsd edildi - Video

Emin Ağalarov: Mənə sui-qəsd edildi - Video12 yaşım olanda həyatıma qəsd etmək istədilər: lifti partlatdılar, içindəki bütün şüşələr sındı, amma oradan çıxmağa və sağ qalmağa müvəffəq oldum.

Kult.az xəbər verir ki, bu sözləri Xalq artisti Emin Ağalarov “RU TV” kanalında yayımlanan “Şimal: İnanılmaz hekayələr” (Sever: Nepridumannıye istori) verilişində qonaq olarkən deyib.

Emin atası Araz Ağalarovun nailiyyətlərinə görə illər öncə Rusiyanı tərk etmək məcburiyyətində qaldığını açıqlayıb:

“Atam məni İsveçrəyə göndərməli oldu. Sonra isə 2 yaşlı bacımı və anamı ABŞ-a göndərdi. Mən daha sonra Rusiyaya qayıtdım. Bacım isə bu günədək ABŞ-da yaşayır və qayıtmaq istəmir”.
loading...
XƏBƏR LENTİ