12 yan 11:08medeniyyet

Tanınmış meyxanaçı: “Zahid mənə kömək etmədi. Amma iynəyə pul tapırdı”

Tanınmış meyxanaçı: “Zahid mənə kömək etmədi. Amma iynəyə pul tapırdı”"Qoy mənə qəddar desinlər, pis desinlər"

Meyxana ifaçısı Samirə Yusifqızının mərhum sənətçi Zahid Sabirabadlı ilə bağlı video-görüntü paylaşıb.

AzNews.az xəbər verir ki, meyxana ifaçısı mərhumun evinin satılmaması üçün maddi vəsaitin toplanması ilə bağlı kompaniyaya qoşulmayacağını deyib:

“Heç kimə kömək etməyəcəyəm. Qoy mənə qəddar desinlər, pis desinlər. Allah rəhmət eləsin. Amma Zahid mənim üçün neyləyib? Həmin vaxt bir yerdə toyda idik. Bilirdi mənim övladım nə vəziyyətdə idi. Zahid mənə kömək etmədi. Amma iynəyə pul tapırdı. Mən də onun ailəsinə kömək etməyəcəyəm. Heç kəs inciməsin. Belə də ki, istəyirlər incisinlər”.

Qeyd edək ki, mərhum sənətçi Zahid Sabirabadlı sağlığında ipoteka krediti ilə ev alıb. Onun 27 mini ödənilsə də, 13 min manatı ödənilməmiş qalıb. Bank qalan vəsaitin ödənilməsi üçün mərhumun ailəsinə bir ay vaxt qoyub
loading...
XƏBƏR LENTİ
Bu gün, 07:51
Bu gün, 06:57
Dünən, 14:07
Dünən, 14:02