06 dek 07:30medeniyyet

Fəxrəddin Manafov teatrdan getməsilə bağlı səbəbləri açıqladı

Fəxrəddin Manafov teatrdan getməsilə bağlı səbəbləri açıqladı "Bəli mən teatrdan getmişəm və ümid edirəm ki bu müvəggətidir..."

Dekabrın əvvəlində bir sıra KİV-də Xalq artisti Fəxrəddin Manafovun Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrından getməsilə bağlı məlumalar yayılmışdı.

Teatrda Xalq artisitinin getməsilə bağlı məlumat təkzib edilsə də, lakin F.Manafov 1news.az-a məlumatı təsdiqləyib və redaksiyamıza Azərbaycan Dövlət Rus Dram Teatrından getməsilə bağlı səbəbləri açıqlayıb.

Aşağıda Xalq artisti Fəxrəddin Manafovun açıq məktubunu olduğu kimi dərc edirik:

“Bəli mən teatrdan getmişəm və ümid edirəm ki bu müvəggətidir... çünki bəzi problemlər və məsələlər öz həllini tapmalıdır. Bu məsələlərlə bağlı mənim şərtlərim var. Şərtlərim yalnız və yalnız yaradacıcı prosesin inkişafı üçündür. Şərtlərim isə belədir:

Ruhi, mənəvi tərəfdən hələ formalaşmamış, özünü vəzifə daşıyıcısı hesab edən, aktyorlarla , ümumiyyətlə insanlarla kobud, gaba, tərbiyəsiz davranan, adını çəkdiyimiz O teatr məkanında, təsadüf bir şəxsin, olub və ya olmaması şərti... Məşglər və tamaşa gabağı şərait yaradılması, nizam intizamın və ümumiyyətlə bir çox problemlərə peşəkar yanaşmağın və onların həlli məsələsi... Bu kimi şərtlər yerinə yetərsə, o zaman mən öz fəaliyətimi davam edərəm... Amma hal hazırda mən teatrdan getmişəm... bu və digər şərtlərin həlli nəticəsini gözləyəcəm... Bir xahişim var bütün K.İ.V. nümayəndəlırindən... bu, sırf işlə və yaradıcılıgla baqlı olan problemlərdi.. buna başga don geyindirməsinlər...

Son olaraq qeyd edirəm və təkidlə vurğulayıram ki, bu məsələ ilə bağlı heç bir müzakirə məni maraqlandırmır və mənim tərəfimdən əlavə şərhlər olmayacaq. Hamıya yaradıcı uğurlar!”

P.S. Bu bəyanatımla yuxarıda qeyd edilən məsələ ilə bağlı bütün müzakirələrə son qoymaq və həmin mövzuda istənilən şərhlərdən çəkinmək istəyirəm.
loading...
XƏBƏR LENTİ