03 dek 14:47medeniyyet

Elza yenə Kərimə ilişdi: "Kələm kimdir?" VİDEO

Elza yenə Kərimə ilişdi: "Kələm kimdir?" VİDEO"Onunla 3 dəqiqə" rubrikasının qonağı əməkdar artist Elza Seyidcahan olub. SİA-nın məlumatına görə, müğənninin bu dəfə bazara aparıblar. İfaçı aparıcının "Hobbiniz nədir? Çox kişilərə yox demisiniz" sözlərinə belə cavab verib: "Hobbim gözəllikdir. Anam o qədər elçiləri qapıdan yollayıb ki... Onların nəfsi qalıb üstümdə".

Seyidcahan "Qızını döyməyən, dizini döyər" sözlərinə münasibət bildirərkən "Anamız bizi döyməsəydi, indi dizini döyərdi. Vaxtında məni çox döyüb. Siz də qızlarınızı döyün, əcəb edirsiniz" deyib.

Elza söyüş söyən olduğunu da etiraf edib: "Atam heç eşşək sözünü deməyib. Mən amma çox söyüş söyürəm. Maşın sürəndə lap çox. Həyat məni söyüşçül edib".

Elza Kərimlə bağlı ünvanlanan suala tənqidlə cavab verib: "Kələm kimdir? Kərimcan? Bir dənə Kərimcan tanıyırıam, Türkiyədə. Mən kələmi çox sevirəm. Olar kələm yeyim?"
loading...
XƏBƏR LENTİ