01 dek 12:04medeniyyet

Elza Seyidcahan Nazpəri Dostəliyevanı biabır etdi - VİDEO

Elza Seyidcahan Nazpəri Dostəliyevanı biabır etdi - VİDEO“Nazpəri xanım, sizin üstünüzdə əziyyətim olub, amma bir qəpik də verməmisiniz. Yanımda özünüzə bahalı-bahalı ətirlər almısınız, iki mahnımı ifa etmisiniz, amma haqqımı ödəməmisiniz Mənə Brilliant Dadaşova pul verib, səhnəyə çıxardıb. Siz mənə heç nə etmədiniz, tələbəyə nə edəcəksiniz?”.

Avrasiya.net xəbər verir ki, bu sözləri son günlərdə qalmaqalları ilə gündəmdən düşməyən müğənni Elza Seyidcahan “Azərbaycanın Səsi” mahnı müsabiqəsinin ötəngünkü buraxılışında deyib. Mahnı müsabiqəsinin münsfləri olan Elza Seyidcahanla Xalq artisti Nazpəri Dostəliyeva arasında böyük qalmaqal yaşanıb. Mübahisənin səbəbi N.Dostəliyevanın yarışmada Əməkdar artistin tələbələrinin adını çəkməməsi olub:

“Nazpəri xanım, hər kəsin tələbələrinin adlarını sadaladı, ancaq mənimkini yox. Mənim birinci tələbəm Nazpəri xanım olub. Təzə səhnəyə gələndə mənim “Qadasını aldığım” və “ Ömrümdən getmə” mahnılarımı oxuyub. Tələbələrim göz qarşısındadır. Sizdən gözləməzdim, üstünüzdə əziyyətim olub”.

Xalq artisti, əvvəlcə Elzanın çıxışına qəhqəhə çəkərək reaksiya versə də, daha sonra verilişi tərk edib: “Mən yarışmanı tərk edirəm, bazar adamları ilə otura bilmərəm”.
loading...
XƏBƏR LENTİ