30 noy 17:22medeniyyet

“Best Model of Azerbaijan”da qalmaqal: Direktorla münsiflər arasında gərgin anlar

“Best Model of Azerbaijan”da qalmaqal: Direktorla münsiflər arasında gərgin anlar“Yaşını nəzərə alıb, münsiflər onu seçiblər”

"Best Model of Azerbaijan” yarışması qalmaqala səbəb olub.

AzNews.az xəbər verir ki, qalmaqala səbəb, Aygül Səfərovanın “Ən yaxşı xanım” nominasıyası üzrə birinci olmasıdır. Məhz bu səbəbdən də final günü yarışmanın milli direktoru Aqil Məmiyevlə münsiflər arasında gərgin anlar yaşanıb. Belə ki, jürilərlə təşkilatçının seçimi üst-üstə düşməyib.

Yarışmanın münsiflər heyətinin üzvü, əməkdar artist Tünzalə Ağayevanın prodüseri Yalçın Cabbarov AzNews.az-a açıqlamasında bildirib ki, "Best Model of Azerbaijan” gözəllik yarışması deyil:

“Əgər Aqil Məmiyevin öz namizədi vardısa, onda müsabiqədə münsiflər heyətinə nə ehtiyac vardı? Elə özü seçdiyi namizədi qalib elan edərdi. "Best Model of Azerbaijan” gözəllik yarışması deyil. Müsabiqədə model seçilir. Həmin iştirakçıların bədən quruluşu və digər əlamətləri yerində olmalıdır. Bu əlamətlərə Aygül çox uyğun gəldi. Gəncdir, münsiflər yaşını nəzərə alaraq, onu seçiblər. Burada başqa nəsə axtarmaq olmaz. Müsabiqədə 30 nəfər iştirakçıdan hansı birinci olsaydı, yenə qalmaqal olacaqdı”.
loading...
XƏBƏR LENTİ