29 noy 14:14medeniyyet

Meyxana ustası Ağamirzə öz qəbrinin yerini dəyişdi - Açıqlama

Meyxana ustası Ağamirzə öz qəbrinin yerini dəyişdi - Açıqlama“Özümə ikinci qəbir qazdırdım”

Meyxana ifaçısı Ağamirzə özü üçün qazdırdığı qəbirin yerini dəyişib.

Bu barədə AzNews.az-a onun özü məlumat verib. Meyxanaçı bunun səbəbini belə izah edib:

“Hamıya məlumdur ki, mən bir neçə ildir, özümə qəbir qazdırmışam. İndi özüm üçün yenidən ikinci qəbir qazdırdım. Əvvəlki qəbir rəhmətlik atamla anamdan uzaq idi. Baxdım ki, onların qəbirlərinin yanında yer var. Düzdür, bir az dardır, amma idarə edilər. Qərara aldım ki, qəbir yerim ata-anamın məzarlarının yanında olsun”.
loading...
XƏBƏR LENTİ