05 noy 12:11medeniyyet

TWESCO prezidenti Qırğızıstanın naziri ilə görüşüb

TWESCO prezidenti Qırğızıstanın naziri ilə görüşübBeynəlxalq Türk Akademiyasının (TWESCO) prezidenti Darhan Kıdırəli Bişkekdə Qırğızıstanın Mədəniyyət, İnformasiya və Turizm naziri Azamat Camankulov ilə görüşüb.

Görüşdə tərəflər sentyabr ayında Çolpon-Atadan keçirilən Türk Şurası Dövlət Başçıları VI Zirvə Toplantısında Qazaxıstan Prezidenti Nursultan Nazarabayevin təklif etdiyi "Türk dünyasının müqəddəs məkanları" və "Türk dünyasının 100 böyük şəxsiyyəti" layihələrini müzakirə ediblər. Bununla yanaşı, TWESCO ilə Qırğızıstanın Mədəniyyət, İnformasiya və Turizm Nazirliyi arasında sıx əməkdaşlığın qurulması məsələsi barədə fikir mübadiləsi aparılıb.

TWESCO prezidenti Darhan Kıdırəli Qırğızıstanın Mədəniyyət, İnformasiya və Turizm naziri vəzifəsinə yeni təyin olunan Azamət Camankulova yeni işində uğurlar arzulayıb. Azamət Camankulov ölkəsinin ev sahibliyi etdiyi III Dünya Köçəri Oyunlarının yüksək səviyyədə keçirilməsində böyük təşkilatçılıq bacarığı nümayiş etdirib.

Görüşdən sonra Akademiya prezidenti Qırğızıstanın "Kabar" dövlət agentliyinə müsahibə verib.
loading...
XƏBƏR LENTİ