27 okt 10:09medeniyyet

Mikayıl Müşfiqin ölüm kağızı tapıldı - Video

Mikayıl Müşfiqin ölüm kağızı tapıldı - VideoReal Tv Mikayıl Müşfiqin ölüm kağızını əldə edib.

Kult.az xəbər verir ki, Mikayıl Müşfiq 1956-cı ildə bəraət alandan sonra ölüm kağızını NKVD-dən onun həyat yoldaşı Dilbər Axundzadə alıb. Bunu Dilbər Axundzadənin qızı Leyla Axundzadə bildirib.

Tədqiqatçılar isə zaman-zaman bu sənədə deyil, onun güllələnməsi və dənizə atılması haqqında informasiyalara inanıblar. Baxmayaraq ki, Mikayıl Müşfiqin Nargində güllələnməsi və dənizə atılmasını sübut edən hansısa sənədə mətbuatda rast gəlinməyib. Yalnız SSRİ Ali Məhkəməsi Kollegiyasının güllələnmə ittihamnaməsindən başqa.

Müşfiq haqqında kitabın müəllifi Firudun Qurbansoy da onun güllələnməsinə daha çox inanır, nəinki NKVD-nin sənədinə.

Hər halda, maraqlı bir sual yaranır: Müşfiq harda, hansı şəraitdə ölüb? Güllələnmə icra olunmaya bilərdimi? Əks halda, NKVD-nin Mikayıl Müşfiqin 1939-cu ildə öldüyü haqda sənədi nəyə əsaslanıb?
loading...
XƏBƏR LENTİ