12 okt 11:26medeniyyet

Kərimlə Elçin Əlibəyli qalmaqalı barədə Elgiz də danışdı: “Qulaqlarımı tutdum”

Kərimlə Elçin Əlibəyli qalmaqalı barədə Elgiz də danışdı: “Qulaqlarımı tutdum”Aparıcı Elgiz Əkbər müğənni Kərim Abbasovla aparıcı Elçin Əlibəyli arasında olan qalmaqalı şərh edib.

Teleqraf.com-un məlumatına görə, aparıcı bildirib ki, Elçin Əlibəyli verilişdə qonaq olan gün qardaşı Oqtay Əliyev də verilişə qatılıb: "Qulaqlarımı tutdum. Niyə? Çünki bezdim. Bir daha söyləmək istəyirəm ki, Kərim müstəqil insandır. Onun söylədikləri subyektiv fikridir.

Oqtay Əliyev verilişə Kərim çıxış edəndən sonra qatıldı. Təbii ki, deyiləndən xəbərsiz idi. Bu qədər. Bəziləri iki qardaşın arasına girməsin. Günahdır".

Qeyd edək ki, Kərim Elçin Əlibəyli ilə bağlı bunları demişdi: “Həyatımda 3 nəfərə halallıq verməyəcəm, onlardan biri də Elçin Əlibəylidir. Axirətdə 2 əlim onun yaxasında olacaq. Onun yıxdığı evi heç kim yıxmayıb. O mənə elə bir tələ qurmuşdu ki, vaxt gələr öz canından çəkər. Öz reytinqinə xatir kimisə bədbəxt edə bilməzsən.

Mən hələ ki susuram. Öz verilişində mənə qarşı elə bir oyun qurmuşdu ki, məni çırpdı yerə. Mən Elçinə görə 1 il İstanbulda yaşadım”.
loading...
XƏBƏR LENTİ