11 okt 19:27medeniyyet

Rusiyanın tanınmış aktyoru intihar etdi

Rusiyanın tanınmış aktyoru intihar etdiRusiyanın tanınmış aktyoru intihar etdi"Ölümümdə heç kəsi qınamayın" məzmunlu məktub yazıb.

Rusiyanın tanınmış aktyoru Mixail Fateyev intihar edib.

AzNews.az Rusiya mediasına istinadən xəbər verir ki, bu haqda məlumatı Rusiya Federal Penitensiar Xidmətin Moskva şəhəri üzrə idarəsinin mətbuat katibi Sergey Çıqankov bildirib.

Məlumata görə aktyor öz həyatına istintaq təcridxanasında qıyıb və intihardan öncə "Ölümümdə heç kəsi qınamayın" məzmunlu məktub da yazıb.

Qeyd edək ki, 44 yaşlı aktyor internet vasitəsilə 14 yaşlı bir oğlana görüşməyi təklif edib və ona özünün çılpaq şəklini də göndərib.

Bu addımına görə onun haqqında cinayət işi açılıb və istintaq təcridxanasına salınıb.
loading...
XƏBƏR LENTİ