11 okt 18:54medeniyyet

Xərçəngdən əziyyət çəkən "Toppuş" bacıya AĞIR İTKİ

Xərçəngdən əziyyət çəkən "Toppuş" bacıya AĞIR İTKİƏməkdar artist Tünzalə Əliyevanın anası vəfat edib.

Bu barədə Publika.az-a Azərbaycan Dövlət Musiqili Teatrının aktrisası və Toppuş bacının yaxın dostu Ülviyyə Əliyeva məlumat verib:

“Tünzalənin anası uzun illərdir ki, şəkər xəstəliyindən əziyyət çəkirdi. Dəfn mərasimi səhər Gəncədə baş tutub. Onu Gəncənin "İmamzadə" qəbirstanlığında dəfn ediblər. On gün idi ki, anasının səhhəti ağır olaraq qalırdı. O, Tünzalənin xəstəliyinə dözə bilmədi. Üç mərasimi Gəncədə olacaq, 40-ı isə Bakıda keçiriləcək”.

Allah rəhmət eləsin!

Qeyd edək ki, Tünzalə Əliyeva xərçəng xəstəliyindən əziyyət çəkir.
loading...
XƏBƏR LENTİ