11 okt 15:53medeniyyet

Pirallahı rayon məktəbliləri Qara Qarayevin ev muzeyində olublar

Pirallahı rayon məktəbliləri Qara Qarayevin ev muzeyində olublar11 oktyabr 2018-ci il tarixində Pirallahı Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının birgə təşkilatçılığı ilə bir qrup Pirallahı rayon məktəblisinin Azərbaycan incəsənətinin dahi nümayəndəsi bəstəkar Qara Qarayevin ev muzeyinə ekskursiyası təşkil olunmuşdur. Anadan olmasının 100 illik yubileyi ilə əlaqədar 01 oktyabr 2018-ci il tarixində açılışı olan ev-muzeyi Qara Qarayevin Azərbaycan musiqisinə bəxş etdiyi əvəzsiz töhfələrə verilən qiymətdir.
Pirallahı rayon məktəbliləri Qara Qarayevin ev muzeyində olublar
Muzeyin əməkdaşları ekskursiya çərçivəsində məktəblilərə Qara Qarayevin ev muzeyi, bəstəkarın fəaliyyəti, yazdığı əsərlər haqqında ətraflı məlumat verib. Dahi bəstəkarın gənclərə qayğısından, musiqimizə sahib çıxmasında göstərdiyi fədakarlıqdan danışılıb. Qeyd olunub ki, Qara Qarayev Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəyovun yolunu davam etdirən, milli musiqimizi öz dövrünün avanqard bəstəkarlıq texnikası ilə uzlaşdıraraq mədəniyyətimiz tarixində yeni səhifə açan bir bəstəkar olub.
Pirallahı rayon məktəbliləri Qara Qarayevin ev muzeyində olublar
1918-ci il fevral ayının 5-də Bakı şəhərində ziyalı ailəsində dünyaya göz açan Qara Qarayev çox gənc yaşlarından musiqi aləmində şöhrət qazanmışdır. Possovet məkanının SSRİ xalq artisti (1959), Stalin mükafatı laureatı (1946, 1948), Lenin mükafatı laureatı (1967), Sosialist Əməyi Qəhrəmanı (1978), Lenin, Oktyabr İnqilabı və Qırmızı Əmək Bayrağı ordenlərinin laureatı, SSRİ Ali Sovetinin deputatı, AMEA-nın akademiki fəxri adlara və bir çox mükafatlara layiq görülən bəstəkar müharibədən sonrakı dövr Azərbaycan mədəniyyətinin ən görkəmli nümayəndələrindən biri sayılır. Artıq 19 yaşında (1937) Azərbaycan Bəstəkarlar İttifaqına, 30 yaşında isə SSRİ Bəstəkarlar İttifaqının üzvü seçilmiş Qara Qarayevin yaradıcılığı çox məhsuldar olmuşdur.

1952-ci ildə "Yeddi gözəl" və 1958-ci ildə "İldırımlı yollarla" baleti, 1969-cu ildə "Leyli və Məcnun" xoreoqrafik poeması bəstəkara dünya şöhrəti qazandırmışdır. 17 bədii filmin musiqisinin bəstəkarı olmaqla yanaşı 12 filmdə musiqilərindən istifadə olunmuşdur. Anadan olmasının 50, 60 və 70 illik yubileyi ilə əlaqədar Qara Qarayev haqqında sənədli filmlər çəkilmişdir.
Pirallahı rayon məktəbliləri Qara Qarayevin ev muzeyində olublar
Sonra məktəblilər Muzeyin ekspozisiyasında Qara Qarayevin həyat və yaradıcılıq yolunu əks etdirən nadir materiallar - sənədlər, əlyazmalar, fotoşəkillər, tamaşa və konsert afişaları, bəstəkarın şəxsi əşyaları və istifadə etdiyi məişət əşyaları ilə tanış oldular. Dahi bəstəkarın ev-muzeyi ilə tanışlıq məktəblilərə xoş bir təəssürat bəxş etdi.

loading...
XƏBƏR LENTİ