08 okt 10:33medeniyyet

Oksana hamıdan gizlətdiyi ərindən danışdı

Oksana hamıdan gizlətdiyi ərindən danışdı"Uzun müddətdir ki, Türkiyədə yaşayır”.

“Hazırda yanımda olan sevdiyim insan, həyat yoldaşımla keçən ilin yay aylarında İstanbulda tanış olduq. Yoldaşım azərbaycanlıdır, uzun müddətdir ki, Türkiyədə yaşayır”.

Bu sözləri rəqqasə-aktrisa Oksana Rəsulova “Show biz”in “Youtube” layihəsinə müsahibəsində deyib.

Yeni ana olan rəqqasə mətbuatdan gizli saxladığı əri barədə danışıb. Oksana 10 ildən çoxdur ki, ana ola bilmədiyini, müalicə olunduğunu qeyd edib:

“İndiyədək şəxsi həyatım həmişə müzakirə olunub. İndi isə nədənsə qorxuram, özümə qadağalar qoymuşam. Sağ olsun, həyat yoldaşımla mənim aramda hörmət və dostluq var. O bilir ki, ana olmaq üçün çox əziyyət çəkmişəm” (qafqazinfo)
loading...
XƏBƏR LENTİ