17 sen 11:12medeniyyet

Pirallahı gəncləri Üzeyir Hacıbəyovun Ev Muzeyində olublar

Pirallahı gəncləri Üzeyir Hacıbəyovun Ev Muzeyində olublar18 sentyabr - Milli Musiqi Günü ilə əlaqədar Pirallahı Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatı Gənclər Birliyinin birgə təşkilatçılığı ilə Pirallahı rayon gənclərinin Üzeyir Hacıbəyovun Ev Muzeyinə ekskursiyası təşkil olunub.

18 sentyabr xalqımız üçün böyük bayram günüdür. Bu gün dahi Üzeyir Hacıbəyovun doğum günüdür. Xalqımız bu günü Milli Musiqi günü kimi qeyd edir. Çünki milli musiqimiz, mədəniyyətimiz öz inkişaf zirvəsinə görə Üzeyir Hacıbəyova borcludur.
Pirallahı gəncləri Üzeyir Hacıbəyovun Ev Muzeyində olublar
1995-ci ildə ulu öndər Heydər Əliyev Üzeyir Hacıbəyovun 110 illik yubileyi ərəfəsində hər il 18 sentyabr tarixinin Milli Musiqi Günü kimi qeyd olunması ilə bağlı fərman imzaladı. Üzeyir Hacıbəyov Azərbaycan mədəniyyəti tarixinə böyük bəstəkar, opera sənətinin banisi kimi daxil olmuşdur. Azərbaycan, rus və dünya klassik ədəbiyyatı incəsənətinin ənənələrini dərindən qavramış, doğma xalqının mədəniyyətini yüksəklərə qaldırmaq məqsədilə yazıb yaratmış böyük bəstəkar ömrünün təqribən 45 ilini bu işə həsr etmişdir.
Pirallahı gəncləri Üzeyir Hacıbəyovun Ev Muzeyində olublar
Muzeyin eksponatları ilə tanış olan gənclərə dahi bəstəkarın fəaliyyətindən, yazdığı əsərlərdən söhbət açılıb. Bəstəkarın gənclərə qayğısından, musiqimizə sahib çıxmasında göstərdiyi fədakarlıqdan danışılıb. Üzeyir Hacıbəyovun həm bəstəkar, həm ictimai xadim, həm də qələm adamı kimi “Azərbaycan” qəzeti səhifələrində dərc olunan yazılarının hələ gəncliyində ona şöhrət gətirdiyi vurğulanıb. Qeyd olunub ki, Şərqdə ilk opera (“Leyli və Məcnun”) ilə yanaşı, ilk operettanın yaranması da Üzeyir Hacıbəyovun adı ilə bağlıdır. “O olmasın, bu olsun”, “Arşın mal alan” musiqili komediyaları onu bütün dünyada çox məşhurlaşdırıb. Böyük bəstəkar həmçinin 300-dən çox xalq mahnısını toplayıb nota salıb, marş, kantata, fantaziya, mahnı və romanslar, kamera və xor üçün əsərlər yazıb. Azərbaycan Xalq Cümhuriyyətinin, indi isə müstəqil Azərbaycanın dövlət himninin musiqisi Üzeyir Hacıbəyova məxsusdur.

Daha sonra muzeyin əməkdaşları bu böyük bəstəkardan dərs almış bir çox tanınmış musiqi xadimlərindən, eləcə də vaxtilə onun qonşuluğunda yaşamış insanlara münasibətindən də ibrətamiz əhvalatlar danışıblar.
Pirallahı gəncləri Üzeyir Hacıbəyovun Ev Muzeyində olublar
loading...
XƏBƏR LENTİ
19-10-2018, 16:36