11 sen 08:09medeniyyet

Yeni “Rembo” gəlir

Yeni “Rembo” gəlirMəşhur aktyor və rejissor Silvestr Stallone yaxın vaxtlarda Vyetnam müharibəsi veteranının - Con Rembonun həyatı və mübarizəsi haqqında növbəti, sayca beşinci film üzərində işə başlayacaq.

"Report" xəbər verir ki, bu barədə aktyor özünün Instagram səhifəsində bildirib.

"Tezliklə başlayıram və çox həyəcanlıyam. Dünya bəlkə də dəyişir, amma o yox", - deyə aktyor qeyd edib. Stallone öz qəhrəmanının şəklini də yayıb.

Qeyd edək ki, Rembo barədə ilk film - "Birinci qan" - 1982-ci ildə çəkilib. Filmin rejissoru Ted Kotçeff olub. Ekran əsərinin büdcəsi 15 milyon dollar olub.

"Rembo" dünyanın film kirayəsində 125 milyon dollardan çox gəlir qazanıb. Bu filmə əvvəlcə Klint İstvud, Con Travolta və digər məşhur aktyorlar dəvət edilsələr də, "Rembo"nu canlandırmaq S.Stalloneyə nəsib olub. Film populyar olduğundan onun 2-ci, 3-cü və 4-cü seriyaları da ekranlaşdırılıb.
loading...
XƏBƏR LENTİ
19-10-2018, 16:36