21 avq 11:35medeniyyet

Xərçəngdən əməliyyat olunan aktrisa: “Desələr ki, Tünzalə daha bizlik deyil...”

Xərçəngdən əməliyyat olunan aktrisa: “Desələr ki, Tünzalə daha bizlik deyil...”Xərçəng xəstəliyindən əziyyət çəkən əməkdar artist Tünzalə Əliyeva (Toppuş bacı) yenidən xəstəxanaya yerləşdirilib.

Bu barədə AzNews.az-a Tünzalə Əliyeva məlumat verib. Aktrisanın sözlərinə görə, birinci əməliyyatdan sonra ondan götürülən analiz nümunələrinin cavabı mənfi olub:

“Heç yaxşı cavab almadım. Limfa vəzində yenidən bədxasəli şiş aşkarlandı. Həkimlər dərhal məni xəstəxanaya götürdü. Dedilər ki, təcili kimyaterapiya olunmalıyam. İndi hazırda şüa altındayam”.

Tünzalə Əliyeva müalicə məqsədi ilə başqa ölkəyə getmək fikrində olmadığını deyib: “Mən öz həkimlərimə inanıram. Yox bir gün onlar özləri desələr ki, Tünzalə daha bizlik deyil, o zaman bəlkə nəsə düşünərəm. İkinci dəfə əməliyyat gözlənilmir. Həkimlər deyir ki, bədxasəli şişin qarşısını kimyaterapiya ilə almaq olar”.

Qeyd edək ki, bir neçə gün öncə əməkdar artist Tünzalə Əliyevanın səhhəti pisləşib. Onkoloji Mərkəzə yerləşdirilən aktrisa orada əməliyyat olunub.
loading...
XƏBƏR LENTİ
19-10-2018, 16:36