16 avq 11:29medeniyyet

“Beynəlxalq Türk Akademiyası Türk dünyasının inteqrasiyasına əhəmiyyətli töhfə verir”

“Beynəlxalq Türk Akademiyası Türk dünyasının inteqrasiyasına əhəmiyyətli töhfə verir”Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) sentyabr ayının 3-də Qırğızıstanda keçiriləcək 6-cı Zirvə görüşünə hazırlıqlarla tanış olmaq məqsədi ilə Qazaxıstanın Xarici işlər naziri Kayrat Abdıraxmanov Beynəlxalq Türk Akademiyasını (TWESCO) ziyarət edib.

TWESCO-dan Avrasiya.net-ə verilən məlumata görə, nazir Beynəlxalq Türk Akademiyasının Türk Şurasına üzv dövlətlərin arasında əməkdaşlığa əhəmiyyətli töhfə verdiyini bildirib.

O, TWESCO-nun qısa müddət ərzində Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə arasında elm,mədəniyyət, tarix və humanitar sahələrdə əməkdaşlığın inkişafıdna mühüm işlər gördüyünü, Zirvə görüşündən sonra bu fəaliyyətin daha da güclənəcəyinə inandığını qeyd edib.
“Beynəlxalq Türk Akademiyası Türk dünyasının inteqrasiyasına əhəmiyyətli töhfə verir”
TÜRK DÜNYASININ İNTELLEKTUAL MƏRKƏZİ

K.Abdıraxmanov, 2009-cu ildə Prezident Nursultan Nazarbayevin təşəbbüsü ilə Azərbaycanda, Naxçıvanda qurulan Beynəlxalq Türk Akademiyasının bir il sonra Astanada fəaliyyətə başladığını və ötən 8 ildə qarşıya qoyulan hədəflərə çatdığını, türk dünyasının intellektual mərkəzinə çevrildiyini vurğuladı. Nazir Qazaxıstan Prezidentininin təşkilatın işindən razı olduğunu və onun fəaliyyətini diqqətlə izlədiyini qeyd etdi.

Xarici işlər naziri TWESCO tərəfindən irəli sürülən Türk inteqrasiyası konsepsiya layihəsinin Qırğızıstanda keçiriləcək 6-ci Türk Şurası Dövlət Başçıları Sammitinin mühüm sənədlərindən biri olacağını bildirdi.
“Beynəlxalq Türk Akademiyası Türk dünyasının inteqrasiyasına əhəmiyyətli töhfə verir”
TWESCO prezidenti Darxan Kıdırəli Akademiyanın reallaşdırdığı və hazırda davam edən layihələr haqqında məlumat verdi.
O, türk xalqlarının irsinin tədqiqinə yönəldilmiş elmi-tədqiqat işlərinin genişləndirildiyini, müxtəlif yerlərdə arxeoloji tədqiqatların aparıldığını, “Türkbarometr”, “Atalar Mirası” “Ortaq Türk Tarixi” dərsliyi üzərində işlərin başa çatdığını və hazırda “Ortaq Türk Ədəbiyyatı”, “Ortaq Türk Coğrafiyası”dərsliklərinin layihələri üzərində çalışdıqlarını bildirdi.

Eyni zamanda, beynəlxalq elmi-humanitar təşəbbüslərin inkişafındakı xidmətlərinə və səmərəli fəaliyyətinə görə TWESCO-nun 4 əməkdaşına Qazaxıstan Xarici İşlər Nazirliyinin Fəxri fərmanı təqdim olundu.
loading...
XƏBƏR LENTİ
20-05-2019, 19:21
SORĞU