27 iyl 11:10medeniyyet

Kirkorov onu 20 il Bakıya buraxmayan məmurun adını açıqladı

Kirkorov onu 20 il Bakıya buraxmayan məmurun adını açıqladı"Bakını dəlicəsinə sevirəm"

"Eminin, onun münasibəti və uşaqlar sayəsində iyirmi ildən çoxdur ki, mənimlə Polad Bülbüloğlu arasında olan divar tamamilə, birdəfəlik dağıldı. Bu divarın yıxılması üçün mənə illərlə zaman lazım olub". İstiPress-in "Sputnik"ə istinadla verdiyi məlumata görə, bunu Bakıda keçirilən "Jara" festivalında iştirak edən Rusiyanın xalq artisti Fillipp Kirkorov deyib.

O, uzun illər ölkəyə gəlməsinə imkan verməyən məmurun adını açıqlasa da, Azərbaycanın Rusiyadakı səfiri olan Polad Bülbüloğluna görə Bakıya buraxılmamasının səbəbini deməyib.

O, iyirmi il çıxış edə bilmədiyi Bakıya gəlmək şansını qazandığı üçün festivalın təşkilataçılarına təşəkkür edib. Kirkorov Bakını dəlicəsinə sevdiyini də etiraf edib.

Rusiyalı ulduz azərbaycanlı həmkarlarından da danışıb. O, qeyd edib ki, Azərbaycanın Xalq artisti Aygün Kazımova onu hər zaman dəstəkləyib, yenidən Bakıya gəlməyini çox istəyib. Onun sözlərinə görə, hətta birlikdə Azərbaycan dilində duet də ifa ediblər.

"Aygünə dostluğuna görə çox minnətdaram. O, məni Azərbaycana gətirmək üçün fədakarcasına mübarizə aparırdı. Ümid edirəm ki, bizim əməkdaşlığımız hələ davam edəcək".
loading...
XƏBƏR LENTİ