09 iyl 10:27medeniyyet

Bacısı da cinsiyyətini dəyişdirib kişi oldu - FOTO

Bacısı da cinsiyyətini dəyişdirib kişi oldu - FOTO 2013-cü ildə cinsiyyətini dəyişdirib kişi olmağa qərar verən Rüzgar Erkoçların bacısı da eyni addımı atıb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Gül Erkoçlar qardaşının izindən gedərək cinsiyyət dəyişdirmə əməliyyatı keçirib.

2017-ci ildə makiyaj ustası Tuğba Beyazoğlu ilə evlənən Rüzgar Erkoçların toy fotolarında naməlum kişi olub. Hər ailə fotosunda yer alın oğlanı heç kim tanımayıb. Araşdırmalardan sonra məlum olub ki, həmin şəxs Gül Erkoçlar imiş. Gül də Rüzgardan bir müddət sonra eyni əməliyyatı keçirib və adını dəyişdirərək Görkem Batı olub. Görkem Batı Erkoçlar özəl firmada qrafik dizayner kimi çalışır.

Məlumat üçün bildirək ki, Səma-Engin Erkoçlar cütlüyünün üç qızı olub. Nur, Nil və Gül. Erkoçlar ailəsinin 2 qızı cinsiyyətini dəyişdirərək həyatına kişi kimi davam edir.
loading...
XƏBƏR LENTİ
18-07-2018, 10:57