06 iyl 13:21medeniyyet

“Space TV”-nin efirində ŞOK ANLAR: Qadınlar arasında əlbəyaxa dava – Video

“Space TV”-nin efirində ŞOK ANLAR: Qadınlar arasında əlbəyaxa dava – VideoSpace TV-də yayımlanan “Olar? Olmaz!” verilişində növbəti dəfə qalmaqallı buraxılışı təqdim olunub.

Minval.info xəbər verir ki, proqramda bir qrup sakin yaxınlıqda fəaliyyət göstərən sexlə bağlı şikayətlərini dilə gətiriblər.

İydən evdə oturmağın mümkünsüz olduğunu qeyd edən insanlar orada nələrin baş verdiyini bilmədiklərini söyləyiblər. Onlar sadəcə sexdə kolbasa üçün içliklər ixrac edildiyini görüblər. Daha sonra çəkiliş qrupu ilə şikayətçilər həmin obyektə yollanıblar. Bu zaman ara qarışıb.

Sex sahibi ilə qonşular arasında dava düşüb. Sahibkar orada hazırlanan bağırsaqların Rusiyaya göndərdiklərini bildirib. Amma bir az sonra suallar qarşısında aciz qalan sex sahibi ixracla bağlı digər məlumatı səsləndirib: “Bilmirik, gəlib aparırlar. Biz nə bilək, hara aparırlar”

Baytarlıqdan gündəlik yoxlanışının olub-olmaması sualı isə bu dəfə də cavabsız qalıb.

Sex sahibləri teleaparıcıya “gəl təklikdə danışaq” deyib və dolayı yolla rüşvət təklif edib. Amma çəkiliş qrupu həmin məkandan uzaqlaşıb.

Qeyd edək ki, bu axşam saat 19:50 də kolbasa-sosis idxal edən daha bir neçə sexin görüntüləri tamaşaçılara təqdim ediləcək.
loading...
XƏBƏR LENTİ
18-07-2018, 10:57