04 iyl 16:45medeniyyet

İsrailin “Avroviziya” qələbəsi ləğv edilə bilər - Şok

İsrailin “Avroviziya” qələbəsi ləğv edilə bilər - ŞokAvroviziya-2018 mahnı müsabiqəsinin qalibi Netta Barzilayın yarışmada oxuduğu mahnının plagiat olduğu iddia edilib.

Kult.az xəbər verir ki, bu barədə “Tayms of İsrail” qəzeti məlumat yayıb.

“Universal Musiqi Studiyaları” (“Universal Müzik Studio”) şirkəti müsabiqədə qalib olan “Toy” mahnısının ABŞ rok qrupu “Yeddi xalq ordusu”na (“Seven Neyşn Armi”) məxsus “Ağ keçidlər” (“Vayt Stripes”) mahnısından plagiat olunduğunu iddia edib.

Əgər iş məhkəməyə getsə və iddia sübuta yetirilsə, İsrailin musiqi yarışmasındakı qələbəsi ləğv edilə bilər. Belə olan halda İsrail Avroviziya-2019-a ev sahibliyi etmək hüququndan məhrum ediləcək.
loading...
XƏBƏR LENTİ
18-07-2018, 10:57