09 iyn 11:02medeniyyet

Roza Zərgərli sağı göstərib, solu vurdu

Roza Zərgərli sağı göstərib, solu vurduMüğənni Rühəngiz Musəvi “Maşın” realiti-şounu təkr edib.

“Maşın” şounun dünənki buraxılışında səsverməyə müğənni Roza Zərgərli çıxıb. Şounun “Qanqsta ledi” ləqəbli iştirakçısı R.Zərgərli Murad Dadaşovun dili ilə desək, veriliş boyu əsl tamaşa göstərib. Belə ki, o, şounun birinci yarısında hədəfinin kimliyini açıqlamayıb. Verilişin ikinci yarısında o, hədəfinin ya aktrisa Pərvin Abıyeva, ya da aparıcı Aytən Səfərova olacağını deyib.

Sona yaxın isə Roza Zərgərli qərarını Aytən Səfərova üzərində dayandırdığını deyib. Lakin nəticələr elan olunanda Roza Zərgərli oyundan anam dediyi Rühəngiz Musəvini çıxardıb. O, 63,12 % qalsına səs toplayaraq oyuna davam edib:

“Mənim gözəl anam və həyatım, sənin sözünü yerə sala bilməzdim. İki gündür mənə and verir ki, səsverməyə çıxsan, balalarıma dəymə”. Sənin sözünü yerə sala bilməzdim. O, nəvəsi üçün darıxıb, qoy o getsin oyundan”.

R.Zərgərlinin sağ göstərib, sol vurması verilişin aparıcısı Murad Dadaşovu da təəccübləndirib. O, R.Zərgərlinin seçimi pambıqla baş kəsmək kimi qiymətləndirib.

Şounun qurbanı olan R.Musəvi isə gözlənilməz zərbədən çox kədərlənib:

“Çox həssas insanam. İştirakçılar hər dəfə deyirdi ki, səni çıxarda bilmərik. Mənim ürəyim gəlməzdi ki, kimisə çıxardım”.
loading...
XƏBƏR LENTİ
22-06-2018, 15:27