08 iyn 17:00medeniyyet

Sosial şəbəkələrdə “Azərbaycan inciləri ” səhifəsi yaradılıb

Sosial şəbəkələrdə “Azərbaycan inciləri ” səhifəsi yaradılıbBu barədə layihənin rəhbəri Nicat Müslümov məlumat verib.

N.Müslümov deyib ki, nəsillərdən-nəsillərə keçərək muğam Azərbaycan xalqının qan yaddaşında qalıb, xalqımızın ürəyində əbədi iz buraxıb: “YUNESKO-nun xoşməramlı səfiri, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın yazdığı kimi: "Muğam bizim qəlbimizin xüsusi məqamıdır… Muğam dəryasının sualtı cərəyanları çoxdur, bu cərəyanlara daldıqca biz insan hisslərinin sirli yelpazəsinin istiliyini hiss edə bilirik, varlığı onun bütün müxtəlifliyində dərk edirik. Elə buna görə də biz muğama dönə-dönə qayıdırıq. O artıq bizim həyatımızın hissəsi deyil, o bizim özümüzdür". Dövlətimizin muğama olan böyük qayğısı nəticəsində bu sənət gündən-günə nəinki yeni zirvələri fəth edir, həmçinin yeni layihələrin yaranmasına təkan yaradır: muğam jurnalı, muğam antologiyası, muğam-ensiklopediyası…

Və nəhayət, Azərbaycanda qeyri-adi, gözəl, orijinal bina ucaldı - Muğam mərkəzi. Bu möhtəşəm binada muğama həsr olunmuş olduqca maraqlı konsertlər, festivallar, yüksək səviyyəli gecələr keçirilməyə başladı”.
Sosial şəbəkələrdə “Azərbaycan inciləri ” səhifəsi yaradılıb
Layihə rəhbəri deyib ki, sosial şəbəkələrdə ayardılmış " Azərbaycan inciləri ” səhifəsini könüllülər qrupu idarə edəcək. Məqsəd "Azərbaycan İnciləri” yeni layihənin tanınmasında gənclərin aktivliyinə nail olmaqdan ibarətdir: “Qrupda təxminən 1000-dən yuxarı üzvümüz var. İstər ölkəmizdə, bölgələrdən olan gənclər, istər Avropada təhsil alan gənclər qrupun fəaliyyətini izləyə bilirlər və onlar da öz çevrələrini, Avropada yaşayan insanları qrupa üzv olmağa dəvət edirlər.

Sosial şəbəkələrdə mütəmadi olaraq qrupda muğam ustadlarının ifaları, gənc muğam ifaçılarının şəkilləri, xalq mahnılarımızın mətnləri, muğam ifaçılarının televiziyada yayımlanacaq veriliş tarixi və saatı ilə bağlı bilgilər yayımlanır məqsəd.Azərbaycan İnciləri layihəsi olaraq milli musiqimiz olan muğamın gənclər arasında təbliğ olunmasına dəstək olaraq yaradılıb. Muğamı, Azərbaycan mədəniyyətini təbliğ edirik”.
loading...
XƏBƏR LENTİ
Bu gün, 15:30