06 iyn 10:08medeniyyet

Aytən və Mətanət arasında 2-ci maşın müharibəsi: “Mən savadım və ağlımla hörmət qazanıram, sən isə...”

Aytən və Mətanət arasında 2-ci maşın müharibəsi: “Mən savadım və ağlımla hörmət qazanıram, sən isə...”“Maşın” realiti-şounun səkkizinci günündə səsverməyə aktyor Cavidan Novruz çıxıb.

Cavidan Novruz hədəfinin aparıcı Aytən Səfərova olduğunu elan edib.

Bir neçə gün əvvəl Aytən Səfərova ilə böyük qalmaqal yaşayan Mətanət Əliverdiyeva və Roza Zərgərli dostu Cavidanın oyunda qalması üçün tamaşaçılardan səs istəyib. Aytənin oyundan getməsini istədiyini deyən Mətanət Əliverdiyeva çıxışında həmkarının ünvanına xoşagəlməz sözlər deyib:

“Dünən Aytən mənim haqqında Rozanın qulağına pıçıldadı ki, aktrisalıq edirəm. Bəli, mən aktrisayam, diplomum var. Mədəniyyət və İncəsənət Universitetini bitirmişəm, Həsənağa Turabov, Şəfiqə Məmmədova, Kamal Xudaverdiyev kimi ustadlardan dərs almışam. Birinci kursda oxuyanda bizə etüd təqdim etməyi tapşırmışdılar. Mənə Çexovun əsərini verdilər və yazıçının "Qağayılar" pyesini oynayaraq özümü sübut edim. Aytən isə hətta Çexovun kim olduğunu bilmir. Cavidan dostumdur və onun üçün hər kəsdən səs istəyirəm”.

Daha sonra M.Əliverdiyeva danışmaq istəyən Aytən Səfərova səsini ucaldıb:

“Sənə dedim ki, sakit dur, nöqtəni də qoy. Qışqırmıram, roldayam, aktrisayam axı”.

Murad Dadaşov daha sonra mikrafonu Aytən Səfərovaya yaxınlaşdırıb və onun Mətanətə cavabı belə olub:

“Çox şadam ki, heç olmasa Çexovu tanıyırsan. Sən “hi-hi-ha-ha” ilə reytinq qazanırsan, mən isə savadım və ağlımla hormət qazanıram. Mətanət, səni hamı yaxşı tanıyır da. Cavidanın əli ilə məni oyundan çıxartmaq Mətanətin planıdır. Mətanəti sevmirlər, ona görə də səsverməyə çıxmaqdan qorxur. Çünki bilir ki, səs toplaya bilməyəcək. Bu gün onu başa düşdüm ki, burada əməlli-başlı oyun gedir. Mən isə bu oyunun qurbanı oldum. İndi başa düşürəm ki, heç kəsə yaxşılıq yoxdur. Sabah pərakəndə oyun başlayanda kənardan oturub maraqla izləyəcəm ki, görək kim-kimi qırmağa başlayacaq. Hər şeyin başında Roza dayanır, o, burada hamını bir-birinə qırdırır!”

Xatırladaq ki, Mətanət Əliverdiyeva ilə Aytən Səfərova əvvəllər yaxın rəfiqə olub. Onların "Maşın" şouda bir-birinə düşmən kəsilməsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
loading...
XƏBƏR LENTİ
22-06-2018, 15:27