18 apr 10:57medeniyyet

Bəsti Cəfərova Vaqif Mustafayevlə bağlı gizlinləri açdı

Bəsti Cəfərova Vaqif Mustafayevlə bağlı gizlinləri açdıXalq artisti, Akademik Milli Dram Teatrının aktrisası Bəsdi Cəfərova “ATV maqazin onlarla” verilişində bəzi gizlinləri işıq üzünə çıxarıb.

Publika.az xəbər verir ki, aktrisa tanınmış kinorejissor Vaqif Mustafayevin “Yaramaz” filminə çəkildiyini, amma sonradan həmin kadrların filmdən çıxarıldığını deyib: “1989-cu ildə Vaqif Mustafayev məni “Yaramaz” filminə çəkilişlərə dəvət etdi. Filmə dəvət alan gürcü aktyorla 3-4 kadr çəkildi. Həmin çəkilişlərin fotosu o vaxt “Kino novosti” jurnalında da yayımlandı. Amma film ekranlara çıxanda mənim çəkildiyim kadrlar yox idi. Kinoda belə şeylər olur. Çəkilirsən, sonradan filmdən çıxarılır. Mən o çəkilişlərə görə kinostudiyadan qonorar da almışdım. Vaqif Mustafayevlə də münasibətimiz normal idi, aramızda heç bir qalmaqal yox idi. Görünür, o kadrlar filmə lazım olmayıb”.
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ