17 may 19:03medeniyyet

Qüdsə görə “Avroviziya” baykot edilir - Petisiya

Qüdsə görə “Avroviziya” baykot edilir - Petisiya18 mindən artıq islandiyalı ölkənin gələn il keçiriləcək “Avroviziya” beynəlxalq mahnı müsabiqəsinin iştirakını boykot etmək üçün yaradılmış onlayn petisiyanı imzalayıb.

Axar.az xəbər verir ki, petisiyanın müəllifləri Fələstin-İsrail münaqişəsinə görə ölkənin milli kanalı RUV-dan yarışmada iştirakdan imtina etməsini istəyiblər. Təşəbbüs İsrail hərbçiləri ilə fələstinli etirazçılar arasında Qəzza sektorunda baş verən qarşıdurmalara görə başladılıb.

Petisiyaya dəstək verənlərin fikrincə, fələstinlilərin hüquqları pozulmağa davam etdiyi müddətdə “Avroviziya” kimi mötəbər yarışmada iştirak etmək olmaz.

RUX televiziyasının proqram direktoru Skarfedin Qudmunsson artıq petisiyaya münasibət bildirib. O, İslandiyanın adi qaydada olduğu kimi, Avroviziya-2019 mahnı müsabiqəsində də iştirak edəcəyini qeyd edib.

Xatırladaq ki, Avroviziya-2018-in qalibi İsrail təmsilçisi olduğu üçün növbəti yarış bu ölkədə keçiriləcək. Baş nazir Netanyahunun Avroviziya-2019-un Qüdsdə keçiriləcəyi barədə açıqlamasından sonra bu yarışmada ölkələrin iştirakı məsələsi müzakirəyə çıxarılıb.
loading...
XƏBƏR LENTİ