28 apr 20:56medeniyyet

Böyük qazax şairi Mağcan Cumabayın Azərbaycan dilinə tərcümə olunmuş şeirlər kitabının təqdimatı olub

Böyük qazax şairi Mağcan Cumabayın Azərbaycan dilinə tərcümə olunmuş şeirlər kitabının təqdimatı olubAstanada III Avrasiya Beynəlxalq Kitab Sərgisi çərçivəsində böyük qazax şairi Mağcan Cumabayın 9 dilə, o cümlədən Azərbaycan dilinə tərcümə olunmuş şeirlər kitabının təqdimatı keçirilib.

Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli qeyd edib ki, Mağcan Cumabayın şeirlərinin ana xəttini, vətən sevgisi, tarixi yaddaşın təzələnməsi, qazaxların və digər türk xalqlarının işğala və bolşevizmə qarşı milli mücadiləsi təşkil edir.

Qazaxıstan Yazıçılar Birliyinin sədri, şair Ulıkbek Esdaulet Mağcanın şeirlərinin eyni anda 9 dilə tərcümə olunmasının ciddi hadisə olduğunu bildirərək, onun əsərlərinin türk xalqlarının bir-birini daha yaxından anlaması, inteqrasiyası baxımından əhəmiyyətli olduğunu diqqətə çatdırıb.
Sonra şairin müxtəlif dillərdəki şeirlərindən nümunələr səsləndirilib.

Qeyd edək ki, Beynəlxalq Türk Akademiyasının layihəsi əsasında şairin anadan olmasının 125 illiyi münasibətilə tərcümə edilən kitabda Azərbaycan dilində şeirlər də yer alıb. Şeirləri Azərbaycan dilinə İctimai Televiziyanın Mərkəzi Asiya ölkələri üzrə təmsilçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru Füzuli Məcidli çevirib.

Xatırladaq ki, 2018–ci il Qazax milli şairi, türk dünyasının böyük oğlu Mağcan Cumabayın anadan olmasının 125 illiyi şərəfinə Beynəlxalq Türk Akademiyası tərəfindən “Mağcan İli" elan edilib.

Qeyd edək ki, Qazaxıstanın və türk dünyasının böyük şairi Mağcan Cumabay 1937-ci ilin amansız repressiyalarının qurbanı olub.
Böyük qazax şairi Mağcan Cumabayın Azərbaycan dilinə tərcümə olunmuş şeirlər kitabının təqdimatı olub
loading...
XƏBƏR LENTİ