AKTUAL
QARABAĞ
ƏN ÇOX OXUNANLAR
MÜSAHİBƏ
loading...
25 apr 21:37medeniyyet
Deputat: "Flora Kərimova haqda fikir bidirərkən ehtiyatlı olmaq lazımdır"

Baş verən qalmaqalla bağlı Bizim Yol Milli Məclisin deputatı, Mədəniyyət komitəsinin üzvü Gövhər Baxşəliyevanın məsələyə münasibətini öyrənib.
O saytımıza açıqlamasında bu hadisədən təəssüfləndiyini bildirib.
“Mən dünən bu barədə saytlardan oxumuşam və çox təəssüflənmişəm, çox məyusam. Flora Kərimova bizim böyük sənətkarımızdır. O artıq bu sənətdə kifayət qədər böyük yol keçib. Onun tənqid etmək üçün əsası var. Tənqid də edəndə baxmalısan, təhqirlərə yol vermək olmaz. Röya da bizim gənc müğənnilərdəndi, əməkdar artisti, amma o düz eləmiyib. Heç kimi təhqir etmək olmaz. Hələ söhbət böyük sənətkardan gedirsə, əlbətdə bu düzgün deyil.”
“Ümumiyyətlə sağlam tənqid olmalıdı. Başqasının mənliyinə toxunmaq olmaz. Tənqid zamanı təhqirlərə, alçaldıcı ifadələrə yer vermək olmaz. Bütün hallarda mən bu məsələyə qarşıyam. Röya bu məsələdə düzgün addım atmayıb. Gərək bu səviyyəyə enməyəydi. Flora Kərimova artıq xalq tərəfindən qəbul edilib. Ona görə onun haqda fikir bidirərkən ehtiyatlı olmaq lazımdır. Nəyinki sənətkarı təhqir etmək. Bu əsla qəbul edilən deyil. Mən istəmirəm bizim müğənnilər arasında belə qalmaqallar baş versin.”
“Ümumiyyətlə xarici ölkələrdə ad məsələləri yoxdur. Bizdə də bu adlar varsa onda onlara hörmət olmalıdı. Bu qalmaqallar adlarına hörmət gətirmir.” -Deyə Gövhər Baxşəliyeva bildirib.
OXŞAR XƏBƏRLƏR
loading...
XƏBƏR LENTİ
Dünən, 20:19
Dünən, 18:26
Dünən, 17:23
Dünən, 17:16
Dünən, 15:37
Dünən, 15:24
Dünən, 15:00
Dünən, 14:56
Dünən, 12:48
Dünən, 12:38
Dünən, 12:16
Dünən, 12:11
Dünən, 12:00
Dünən, 11:54
Dünən, 10:50
Dünən, 10:15
Dünən, 08:18
Dünən, 07:40
Dünən, 07:39
Dünən, 07:33
19-02-2019, 23:10
19-02-2019, 22:19