17 apr 12:33medeniyyet

Partiya sədri sahibkar kimi teatr təsis edib

Partiya sədri sahibkar kimi teatr təsis edibAzərbaycan Sosialist Partiyasının sədri Elşən Həsənov sahibkar kimi Bakı Akademik Satira Teatrı təsis edib.

E.Həsənov Avrasiya.net-ə bildirib ki, bu addım, Azərbaycan mədəniyyətində yenilik olmaqla yanaşı həm də Azərbaycan SATİRA məktəbinin inkişafına bir töhfədir.

Onun sözlərinə görə, Azərbaycanda satira teatrı olmayıb: "Bunun ənənəsini, bünövrəsini qoymaq istəyirik. İkincisi də satira dedikdə biz əsasən tamaşa haqqında düşünürük. Burada isə tam başqa format nəzərdə tutulub. İlk zamanlar yaxşı qələmi olan yazarlara müraciət edəcəyik. Yadınızdadırsa, bir zamanlar Mərkəzi Televiziyada "Vokruq smexa" - "Gülüş ətrafında" verilişi yayımlanırdı. Orada satirik qələmlə yazılmış nə qədər müəllif əsərləri var idi. Elə o verilişin köməkliyi ilə də Zadornov, Jvanetski və s kimi insanlar üzə çıxdı. Bizdə də satirik qələmi olan çoxlu sayda gənclərimiz, yazarlarımız var. Sadəcə özlərini ifadə etmək imkanları yoxdur.
Belə olan təqdirdə niyə onlara bu imkanı yaratmayaq".

E.Həsənov artıq yaradıcı heyətin formalaşdırılması istiqamətində iş aparıldığını da deyib.
loading...
XƏBƏR LENTİ