03 apr 21:41medeniyyet

Xoşqədəmlə məşhur şairə arasında qalmaqal (Video)

Xoşqədəmlə məşhur şairə arasında qalmaqal (Video)Şairə Nazilə Səfərlinin qardaşının keçmiş arvadı Pərvanə “Səni axtarıram” verilişinə müraciət edib.

Avrasiya.net Axşam.az-a istinadən xəbər verir ki,boşandıqdan sonra iki övladı ilə evsiz qaldığını deyən Pərvanə Xoşqədəm Hidayətqızından kömək istəyib. O, bildirib ki, Nazilə də ona və övladlarına kömək etməkdən imtina edib.

N.Səfərli proqrama gələrək gəlinlərini günahlandırıb və onun uşaqlarla görüşməsinə icazə vermədiyini deyib:

“Səni səhvinlə, düzünlə qəbul etmişəm. Qardaşıma yaraşmamısan. Ömür boyu qardaşımda qüsur axtarmısan. Bizim bir qardaşımız var, ondan yardım da istəmirik”.

Ötən gün isə Nazilə sosial şəbəkədə video paylaşaraq X.Hidayətqızının uşaqları onların evinə gəlməsinə imkan vermədiyini bildirib:

“Yeməklər hazırlamışam ki, neçə aydır qardaşımın balalarını görəcəm. Xoşqədəm xanım, siz belə onları gətirə bilmədiniz. Niyə? Çünki dedim ki, qayınanam çəkiliş aparılmasını istəmir. Hər adam hər yerə çəkilişlə gedir?”.

X.Hidayətqızı N.Səfərlinin videosuna cavab verib. O bildirib ki, şairənin kamerasız gəlmələrini istəməsini qəbul etməyib:

“Ona nə qədər təsəlli verdim. Dedim siz ailələrə gedirsiz, insanların xeyir işinə dəvət olursuz. Qışqıraraq danışmayın, əsəbi olmayın. Bu qıza ev vermək borcunuzdur. Bir az efirdə sakit oldu".

Televiziyada çalışıram, kamera və mikrofonla işləyirəm. Mən jurnalistəm, televiziyadan çıxandan sonra adi Xoşqədəm olacam. Onda kamerasız olaram. Nazilə mənə səs göndərib ki, qayınanam kəskin şəkildə qadağan edir, kamera olmaz. Nəticəni göstərməliyəm ki, nə oldu. Xoşqədəm bu sosial layihəni yaradan və nəticəni göstərən olacaq”.

Qeyd edək ki, Pərvanə qayınanasının onu aldadaraq evdən uzaqlaşdırdığını, ərinin başqası ilə evləndiyini söyləyib.
loading...
XƏBƏR LENTİ