13 mar 15:43medeniyyet

Xalq artisti Müşfiqə “qıjı” deyən yazara əsəbləşdi: “Binamus, bişərəf...”

Xalq artisti Müşfiqə “qıjı” deyən yazara əsəbləşdi: “Binamus, bişərəf...”Mikayıl Müşfiqin təhqir olunması cəmiyyətdə böyük narazılıq doğurub. Gənc yazar Elşad Baratın Mikayıl Müşfiqi “qıjı düşüncəli adam” adlandırması söz sahiblərini hövsələdən çıxarıb. Hətta xalq artistləri belə, ona təhqirlə cavab verib.

AzNews.az tanınmış şəxslərin mövzu ilə bağlı fikirlərini təqdim edir:

Azərbaycan Yazıçılar Birliyinin Dramaturgiya şöbəsinin rəhbəri Firuz Mustafa:

“Ə..əvvəla, dahi şairin adını düzgün yazın. "Müşviq" yox, Müşfiq, yəni şəfəq. İkincisi də, ölənlərin ruhuna toxunmayın. Bu məsələyə münasibətim birmənalı pisdir. Müşfiqin heç qəbrinin yeri də məlum deyil. Amma o, öz şeirləri ilə ürəklərdə yuva qurub. Elə onun məzarı da ürəklərdədir. Bizim bəzi gənclər tarixə bu günün gözü ilə baxdıqlarına görə səhvə yol verirlər. Tarixə və yaxud tarixi hadisələrə konkret tarixi kontekstdə yanaşmaq lazımdır. Əgər söhbət ədəbi əsərdən gedirsə, ona da yarandığı tarixi şəraitin baxış bucağından yanaşmaq lazımdır. Fikrimi konkretləşdirmək üçün bir misal çəkim. Bizim dilimizdə ilk poetik nümunə kimi Həsənoğlunun bizə gəlib çatmış bir şeiri götürülür. Əlbəttə, o şeirdə müasir ədəbi-poetik tələblərə cavab verməyən çox şey tapmaq olar. Amma bu, o demək deyil ki, biz Həsənoğlunu və onun bizə gəlib çatan şeirini ələ salmalı, şəbədə qoşmalı, lağlağı etməliyik. Əksinə, həmin şeiri öpüb gözümüzün üstünə qoymalı, onu təhqir edənlərə təpki göstərməliyik. Eləcə də bütün klassiklərimizə böyük sayğı və hörmətlə yanaşmalıyıq. Qonşu Gürcüstanra repressiyaya məruz qalmış Nikolo Misişvili, eləcə də Ermənistanda həmin taleni yaşamış Yeğişe Çarens adlı şair var. Onların heç birinin yaradıcılığı Müşfiqdən zəngin deyil. Amma xatirələri öz ölkələrində çox əziz tutulur. Müşfiq nə qədər ömür sürüb ki? Cəmi 28 il. İndi bu yaşda olanların çoxu əlinə təzə qələm alır. Gənclərin iddialı olmasına pis baxmıram. Amma bu iddianın arxasında bir yaradıcılıq da olmalıdır. Və bu iddia heç də kiminsə, hansı klassikinsə təhqir olunması hesabına “reallaşmamalıdır”. Yaradıcılıq Sizif əməyidir. Fəqət təəssüf ki, gənclərin bir çoxu, hətta, onların arasında istedadlılar da var, əsər yazmaq əvəzinə Herostrat kimi kitabxanadakı əsərləri yandırıb məşhur olmaq istəyirlər”.
loading...
XƏBƏR LENTİ
Bu gün, 11:40