07 mar 16:19medeniyyet

“Eurovision 2018” təmsilçimizin klipi təqdim olundu - VİDEO

“Eurovision 2018” təmsilçimizin klipi təqdim olundu - VİDEOAzərbaycanı “Eurovision 2018” mahnı müsabiqəsində təmsil etməyə hazırlaşan Aysel Məmmədova (Aisel) “X my heart” mahnısına çəkilən klipi nəhayət ki, təqdim olunub.

Publika.az xəbər verir ki, “X my heart” mahnısı məşhur yunan bəstəkar-prodüser Dimitris Kontopulos və isveçli bəstəkar Sandra Byurmanın müştərək əsəridir. Hər iki müəllif müxtəlif illərdə “Eurovision” mahnı müsabiqəsində qalib olub. 2016-cı ildə D.Kontopulos və 2011-ci ildə S.Byurman qalib seçilib. Mahnı Londonda yazılıb. Səhnə quruluşu üzərində məşhur yunan Fokas Evangilinos çalışıb.

Lissabonda keçiriləcək adıçəkilən müsabiqənin birinci yarımfinalı mayın 8-də, ikinci yarımfinal mayın 10-da, final isə 12 may tarixində baş tutacaq.
loading...
XƏBƏR LENTİ
Bu gün, 11:40