06 mar 21:50medeniyyet

İnternetdə məşhurlaşan çoban: “Bilməzdim belə olar” – VİDEO

İnternetdə məşhurlaşan çoban: “Bilməzdim belə olar” – VİDEOQobustan rayon Şıxzərli kənd sakini bu gənc yalnız videosu sosial şəbəkələrdə yayıldıqdan sonra isə gözəl səsə malik olduğunu anlayır.

ARB TV xəbər verir ki, Qobustanın Şıxzərli kənd sakini Əlibaba Əbilov kəndin ərzaq mağazasında mahnı oxuduqdan sonra gizlicə çəkilən videosu youtuba yerləşdirilir. Qısa zamanda video sosial şəbəkələrdə yayıldıqdan sonra qobustanlı gənc oxumağa, savadlı musiqiçi olmağa qərar verir.

Əlibaba Əbilov (musiqiçi): “Dostlarımla maqazində oturmuşduq. Bilməzdim belə məşhurlaşacam. Artıq 1 milyonu keçib”.

Hazırda Əlibaba Əbilov Qobustan rayonunda yerləşən musiqi məktəbinin muğam şöbəsində təhsil alır. Xanəndəlik sənətinin sirlərinə yiyələnir. Hədəfi isə müəllimi olan Mənsum İbrahimovun davamçısı olmaqdır.
loading...
XƏBƏR LENTİ
Bu gün, 11:40